Araik Arutyunyan Qarabağdakı qanunsuz silahlı dəstələri buraxmağa hazırlaşır - "Bunu azərbaycanlılar tələb edir..."

21 oktyabr, 2021 14:16

Özünü hələ də qondarma “dqr prezidenti” adlandıran Araik Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində qalan qanunsuz silahlı birləşmələri (onları müharibəyə qədər “dqr müdafiə ordusu” adlandırırdılar) buraxmağa hazırlaşır.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda Ermənistan parlamentində Qarabağdan olan erməni köçkünlərin problemlərinin müzakirəsi zamanı açıqlanıb.

Müzakirələr parlamentin insan haqları və ictimai məsələlər üzrə daimi Komissiyası tərəfindən təşkil edilib. Araikin “dqr ordusunu” buraxmağa hazırlaşdığını isə özünü “Şuşadan qaçqın düşmüş erməni əhalisi” adlı QHT-nin şurasının üzvü kimi təqdim edən Aşot Arutyunyan çatdırıb.

“Mən ondan soruşdum: “kim sənə bu haqqı verib?”, cavab verdi ki, “azərbaycanlılar tələb edir””,-Aşot Arutyunyan deyib.

Xatırladaq ki, darmadağın edilmiş erməni ordusunun təxminən 10-15 minlik qalıqları  44 günlük müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalıb. Bu qanunsuz silahlı birləşmələr bir neçə dəfə təxribatlar törədiblər, Azərbaycan tərəfi həmin dəstələrin tərksilah edilməsini tələb edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR