Həbs edilmiş ilahiyyatçı dövlətə xəyanətdə ittiham olunub
21 oktyabr, 2021 20:59
Oktyabrın 19-da saxlanılmış şiə ilahiyyatçı, "Azərbaycan din xadimləri" Birliyinin üzvü Sərdar Babayevə qarşı Azərbaycan CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq orqanın təqdimatı əsasında Bakının Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Cavad Cavadov bildirib.
Oktyabrın 19-da Babayevlə birlikdə daha 4 şiə ilahiyyatçı saxlanılıb. Amma hələlik onların aqibəti məlum deyil.
Saxlanılan şəxslərin hamısı İranda təhsil alıblar və İranpərəst din xadimləri hesab olunurlar.