Yevlax İH Qarabağ müharibəsi veteranı ilə bağlı açıqlama yaydı - "Statusundan istifadə edərək qanunsuz tikinti aparıb..."

22 oktyabr, 2021 17:26

"Yevlax rayonunun Quşçu kənd sakini, Qarabağ müharibəsi veteranı Elbrus Xəlilov Xaldan kəndi ərazisində qanunsuz tikinti aparmışdır, onun apardığı tikinti qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılmışdır". 

"Azsiyaset" xəbər verir ki, bu barədə Yevlax Şəhər İcra Hakimiyyətindən bildirilib:

"Ona izah edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Xaldan bələdiyyəsinin müraciəti əsasında həmin ərazinin yerquruluşu planı hazırlanmışdır, növbəti mərhələdə qanunamüvafiq olaraq sənədlər hazırlanmalı və ilk öncə bələdiyyənin mülkiyyəti tanınmalıdır. Mülkiyyət tanındıqdan sonra ərazi hərrac və müsabiqə yolu ilə satışa çıxarıla bilər. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikəcəyi obyektin layihəsinə uyğunluq rəyi almalıdır. Qeyd edilən rəy alındıqdan sonra tikinti aparıla bilər". 

İcra Hakimiyyətindən daha sonra bildirilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xüsusi rəyinə vətəndaşın iddia etdiyi ərazi ümumi istifadədə olan ərazi kimi göstərilmişdir:

"Ümumi istifadədə olan torpaq sahəsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən uyğunluq rəyinin verilməsi mümkün deyildir. Məlum edirik ki, Torpaq qanunvericiliyinin müddəalarına uyğun olaraq ümumi istifadədə olan torpaqlar mülkiyyətə verilə bilməz.Yalnız qısa müddətə mövsümi xarakterli icarəyə verilə bilər.
Elbrus Xəlilov dəfələrlə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, ona proses ətraflı izah edilmişdir. Bütün izahatlara baxmayaraq Elbrus Xəlilov deyilənlərə əməl etməmiş, gizli şəkildə gecə vaxtı tikinitini həyata keçirmişdir. Tikintinin qarşısı alınarkən isə özünün Qarabağ müharibəsi veteranı statusundan istifadə edərək qanunusuz olaraq tikintinin davam etdirməsi üçün icazə tələb etmişdir. Qanunsuz tikintinin qarşısı alınarkən isə Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarına şər böhtan atmağa başlamış, müxtəlif sosial şəbəkələrdə çıxışlar etmişdir". 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR