"Ona silah verin, qoy məni də öldürsün" - Rövşən Əkbərovun məhkəməsində gərginlik

23 oktyabr, 2021 01:00

Azərbaycanın Milli Qəhrəmanı, 20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

R.Əkbərov Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında baş verib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən Rövşən Əkbərovun vəkili Taleh İbrahimov müdafiə çıxışı edib. 

Vəkil çıxışında hazırkı cinayət işinin Rövşən Əkbərova heç bir aidiyyatı olmadığını, törətmədiyi hadisəyə görə məsuliyyətə cəlb olunduğunu bildirib: 

"20 il müddətində Rövşən Əkbərov cəmi bir dəfə şahid qismində dindirilib. Cinayət işi üzrə dəfələrlə şahidlər ifadə verib. Amma bir nəfər də hadisənin general tərəfindən törədildiyini deməyib. Bu işdə istintaq orqanı tərəfindən on nəfər şahidin ifadəsinə istinad olunub. Ancaq həmin şahidlər hadisə zamanı Azərbaycanda olublar, hadisənin birbaşa şahidi olmayıblar. Mərhumun yanında yalnız dostu Məzahir Şıxaliyev (rəhmətə gedib-red.) olub. Məzahir də ilkin ifadəsində içkili olduğundan hadisəni kim tərəfindən törədildiyini görmədiyini deyib".

O, müvəkkilinin “nümunəvi hərbçi, general olmaqla, hər bir addımına diqqət yetirən şəxs olduğunu” da bildirib. Cinayət işinin Ukraynada dəfələrlə araşdırıldığını, generala heç bir ittiham verilmədiyini, bir dəfə də olsun çağırılıb dindirilmədiyini xatırladıb. Müdafiəçi cinayət işi üzrə adı keçən şahidlərin yalan ifadə verdiklərini iddia edərək, onların barələrində cinayət işi açılmasını istəyib. 

Generalın vəkili daha sonra bildirib: "Nazim İbrahimov səfir işləyib, deputat olub. Hər addımının məsuliyyətini bilən adam olmalıdır . İndiyə qədər istintaqda beş dəfə ifadə verib. İfadəsinin dördündə Rövşən Əkbərovun adını çəkməyib. Lakin 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. Rövşən Əkbərov da Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Nazim İbrahimovun verdiyi ifadə yalandır. Əgər belədirsə, onda bu adam cinayəti bilib xəbər verməyib. Nazim İbrahimov sonradan müəyyən şəxslərin təsiri altında yalan ifadə verib. Yalan ifadə verdiyi üçün barəsində cinayət işinin başlanmasını tələb edirik. Digər şahid Orucəli Hacıyev də istintaqda dörd dəfə dindirilib. Lakin o da ifadələrinin heç birində deməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deyib. Amma bu il mart ayında Orucəli Hacıyev ifadəsində bildirib ki, Məzahir ona qətlin Rövşən Əkbərov tərəfindən törədildiyini deyib. Deməli o da yalan ifadə verdiyi üçün məsuliyyətə cəlb olunmalıdır. Məzahir rəhmətə gedib. O vaxt dindiriləndə ifadəsində açıq-aşkar deyib ki, həddən artıq sərxoş olduğu üçün Elçini vuran adamın kim olduğunu bilmir. Mərhum özü də son nəfəsində Məzahirə deməyib ki, onu kim vurub".

Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını və zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxsə qarşı qaldırılmış mülki iddianın təmin edilməməsini xahiş edib: “Şahid ifadələrinə baxsanız ziddiyyətləri açıq-aydın görərsiniz. Məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyirəm”.

Bu vaxt mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva məhkəmədən ona söz verilməsini istəyib:

- Mənə icazə verin, bir kəlmə söz deyim, anayam.

Hakim isə ona zərərçəkmiş şəxsin və nümayəndəsinin ötən prosesdə çıxış etdiklərini xatırladıb, söz verməyib. Məhkəmənin növbəti iclasının oktyabrın 27-də olacağını deyərək iclası yekunlaşdırıb.

Amma Səmayə Əliyeva məhkəmə prosesi yekunlaşdıqdan sonra zalda vəkilin çıxışına etiraz edib. S.Əliyeva oğlunun R.Əkbərov tərəfindən öldürüldüyünü bir daha deyib:

- Mənim oğlumu Rövşən Əkbərov öldürüb. Silah verin, qoy məni də öldürsün. Oğlumu necə öldürübsə, məni də elə öldürsün .

R.Əkbərov onu sakitləşdirməyə çalışıb:

- Bilin ki, bu cinayəti mən etməmişəm. Siz bu işi yaxşı-yaxşı araşdırın. Kiminsə sözüylə məni günahlandırmayın.

Xatırladaq ki, şahid ifadələrinə əsasən R.Əkbərov kafedə, Elçin Əliyevə səfirlikdə ona hörmət-ehtiram göstərmədiyi haqda irad bildirib. Bu zaman “mən içəri girəndə siz samovar dəmləyirdiz” cavabını eşidib. “Mən səninçün çayxanaçıyam?” deyə ona qəzəblənib və tərəflər daha sonra mübahisəni çöldə davam etdirəndə general E.Əliyevi dənizçi bıçağı ilə vurub...

***

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Taleh İbrahimov müdafiə çıxışı edib.

O, R.Əkbərovun barəsində bəraət hökmünün çıxırılmasını və zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxs qarşı qaldırılan mülki iddianın təmin edilməməsini tələb edib: "Rövşən Əkbərovun bu cinayətə adiyyatı yoxdur. Törətmədiyini cinayət əməlinə görə burda mühakimə olunur. Hadisə 20 il qabaq törədilib”.

Vəkil deyib ki, iş üzrə şahidlərin barəsində cinayət işi başlanmalıdır: "Şahidlərdən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov indiyə qədər 5 dəfə ifadə verib. O, 4 ifadəsində Rövşən Əkbərovun adını çəkməyib. 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. Guya ki, Rövşən Əkbərov Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Yaxşı deyibsə, indiyə qədər bu adam cinayəti niyə hüquq-mühafizə orqanlarına deməyib. Onun barəsində o zaman cinayət bilib gizlətdiyi üçün istintaq orqanı tərəfindən cinayət işi başlanmalıydı. Lakin biz bilirik ki, o, Rövşən Əkbərov barəsində yalan ifadə verib.

Digər şahid fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyev də 4 dəfə istintaqda ifadə verib. Lakin o da ifadlərinin heç birində söyləməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deməyib. Lakin bu il mart ayında Orucəli ifadəsində bildirib ki, hadisə Rövşən Əkbərov tərəfindən törədilib".

Daha sonra R.Əkbərovun digər vəkili isə çıxışa hazır olmadığını bildirib.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

Məhkəmə iclası bitəndən sonra məhrhum Elçin Əliyevin anası Səmayə Əliyeva vəkilin çıxışına etiraz edib. O, oğlunun Rövşən Əkbərovun öldürdüyünü bildirib: “Ona silah verin oğlumu necə öldürübsə, məni də öldürsün”.

R.Əkbərov isə E.Əliyevi öldürmədiyini söyləyib.

Xatırladaq ki, ötən məhkəmə iclasında prokuror R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

14 oktyabr

12:33 - Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Qiymət 35% bahalanıb12:31 - Qəzza müharibəsi başa çatdı - Kim itirdi, kim qazandı...12:29 - Venesuela Nobelə görə Norveç səfirliyini bağladı

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar