Baş naziri azərbaycanlı səfirə medal verməkdə və Ramil Səfərov olayında ittiham etdilər

23 oktyabr, 2021 14:02

Gələn ilin aprelində Macarıstanda növbəti parlament seçkiləri keçiriləcək.

Ölkənin indiki baş nazir Viktor Orban qalib gəlsə (şanslar yaxşıdır) dördüncü dəfə hökuməti formalaşdıracaq. Bu arada seçki ərəfəsində əleyhdarları Orbana qarşı bütün mübarizə üsullarını işə salıblar.

Ramil Səfərov olayı da yenidən gündəmə gəlib.

Müxalif yönlü szabadeuropa.hu saytı (10. 08. 2021) baş naziri ittiham edir ki, Azərbaycan səfiri Vilayət Quliyevlə əl-ələ verib “baltalı qatili” vətəninə ekstradisiya etdiyi bəs deyilmiş kimi, səlahiyyət müddəti başa çatan səfirə yüksək macar ordeni də əta edib. Daha doğrusu, ölkə prezidenti qarşısında belə bir təltiflə bağlı məsələ qaldırıb və hətta xahişdə bulunub.

Məsələyə münasibət bildirən Azərbaycanın Macarıstandakı keçmiş səfiri Vilayət Quliyev qısaca olaraq bildirib:

“Deyəsən, Macarıstanda da paxıllarım varmış... Amma təbii ki, əsas hədəf xalqımızın dostu cənab Viktor Orbandır”.

Vətəndaş İttifaqı Partiyasının (FİDES) qurucularından biri olan Viktor Orban ilk dəfə 1998-ci ildə Macarıstanın baş naziri seçilib. 2010-cu ilin aprelində onun partiyası ikinci dəfə seçkiləri udub və Orban yenidən baş nazir kürsüsündə əyləşib.

2014-cü ildə Viktor Orbanın partiyası növbəti dəfə qələbə çalıb və o, 3-cü dəfə baş nazir seçilib.

Viktor Orban Azərbaycana dost siyasi xadimlərdəndir. 2012-ci ildə Macarıstanda erməni hərbçinin qətlinə görə ömürlük həbs cəzası çəkən azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasından sonra Viktor Orban tənqidlərə tuş gəlmişdi. O zaman öz ölkəsində və bəzi Avropa dövlətlərində bu olayla bağlı tənqid dalğası Viktor Orbanın reputasiyasına müəyyən qədər zərbə də vurmuşdu.

Viktor Orbanın siyasəti sahəsində Macarıstan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir. Vilayət Quliyev 2010-cu ildən 23 iyul 2021-ci il tarixinə kimi Azərbaycan Respublikasının Macarıstandakı səfiri olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR