Tağı Əhmədovu vəzifədən edən "sələm işi"... - Məhkəmədə gərginlik

24 oktyabr, 2021 00:07

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun adı keçən 2 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırması davam edir.

Bu iş üzrə təqsirləndirilən Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarovdur. Onlardan yalnız Səadət Xəlilov həbsdədir.

İşi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutmalı olan sonuncu məhkəmə prosesi təxirə salınıb.

Buna səbəb eyni zamanda sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə araşdırmasının baş tutması olub. Hakim Zeynal Ağayevin həmin işi araşdıran tərkibdə olduğu üçün proses təxirə düşüb.

Məhkəmədə məlum olub ki, Sahil Abuşov ötən proseslərə gecikdiyi üçün hakim ona sonuncu xəbərdarlığı edib. Bildirib ki, polis nəzarətində olduğu halda növbəti dəfə məhkəmə proseslərinə vaxtında gəlməsə, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs ediləcək.

Məhkəmə zalında gələn başqa bir şəxs isə İran vətəndaşı olduğunu, həbsdə olan Səadət Xəlilovdan 110 min manat alacağının olduğunu deyib. Onunla Sədaət Xəlilovun yaxınları arasında gərginlik də yaşanıb. Həmin şəxs məhkəmə icraçıları tərəfindən zaldan çıxarılıb.

İş üzrə zərərçəkmiş şəxs AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. Soltan Əliyev və Tağı Əhmədov yaxın dostdur.

Soltan Əliyev deyib ki, təqsirləndirilən Səadət Xəlilov bu hadisə baş vermədən illər əvvəl ona işbirliyi təklif edib. Birlikdə iş görüblər, amma Səadət Xəlilov ona 2 milyon borclu qalıb.

S.Əliyev istintaq zamanı üzləşdirmədə deyib ki, pulu Tağı Əhmədovdan alaraq adı çəkilən şəxslərə faizə verib. Amma sonradan ifadəsini dəyişərək söyləyib ki, Tağı Əhmədovdan pulu borca alıb, Səadət adlı şəxsə iş qurmaq adı ilə verib.

S.Əliyev prokurorun suallarını cavablandıran zaman daha çox “xatırlamıram”, “yadımda deyil”, “dəqiq bilmirəm” kimi ifadələr işlədib.

Bildirək ki, təqsirləndirilən şəxslərdən Sahil Abuşov məhkəmədəki ifadəsində bildirib ki, onlara sələm verən şəxs Tağı Əhmədov olub. O, pulları Yasamalda YAP-ın binasının yanında götürürdüklərini deyib.

Digər təqsirləndirilən Qulu Muxtarov dindirilən zaman bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı: “Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bu söhbətlər əsnasında bir dəfə Səadətə zəng vurub harada olduğunu soruşdum. Dedi, “harada olacam, cəhənnəmdə, Tağı müəllim məni söyüb biabır elədi”.

İstintaq zamanı təqsirləndirilən şəxslərin anten məlumatlarından ortaya çıxıb ki, onlar dəfələrlə YAP-ın Yasamal rayon təşkilatında olublar. Həmin zaman da təşkilatın sədri Tağı Əhmədov olub. Bu söz-söhbətdən sonra Tağı Əhmədov YAP-dakı vəzifəsindən çıxarılıb.

Həmçinin o da məlum olub ki, Tağı Əhmədovla hazırda həbsdə olan Səadət Xəlilov arasında pul mübahisəsinə görə dəfələrlə telefon danışıqları olub.

Xatırladaq ki, Tağı Əhmədov vaxtı ilə “MTN işi”ndə də zərərçəkmiş qismində idi. Tağı Əhmədov maaşından “yığdığı” 3 milyonu MTN generalı Akif Çovdarova verdiyini deyirdi.

musavat.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR