Azərbaycanda bahalaşma "yorulmaq" bilmir - Bizi nə gözləyir?

25 oktyabr, 2021 09:47

Son dövrlər Azərbaycanda kəskin qiymət artımları müşahidə olunur. Bir çoxları bu bahalaşmanı ölkədə mövcud olan inhisarçılıq, bazar iştirakçılarının sui-istifadə halları ilə əlaqələndirsələr də, dünyada cərəyan edən iqtisadi proseslər, eləcə də ölkə daxilində yanacağın qiymətinin artması fonunda baş verdiyini iddia edənlər də var. Birincilərin qənətinə görə, qiymətlərdə olan artımlar xarici amillərlə bağlı olsaydı, o zaman yerli məhsulların qiymətlərində artım müşahidə edilməzdi. Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının da qiymətlərində ciddi artım var.

"Azsiyaset" ayna.az-a istinadla xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qiymətlərdə bahalaşmanı şərtləndirən əsas amilin ölkədə yerli istehsalın payının az, idxalın payının isə çox olması ilə bağlı olduğunu bildirib: 

“Məlumdur ki, koronavirus pandemiyası dünya üzrə bir çox sahələrin fəaliyyətinə mənfi təsir göstərib. Əksər sektorlar pandemiya nəticəsində uzun müddət fəaliyyətsiz qalıb. Onların büdcəsinə böyük ziyan dəyib, hətta müflis olmaq həddinə yaxınlaşanlar da var. Hesab edirəm ki, dünya bazarında qeydə alınan bahalaşma əsasən bu amillə bağlıdır. Azərbaycan bazarına çıxarılan məhsulların əksəriyyəti isə xaricdən idxal olunur. Bu səbəbdən son dövrlər həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə edirik”.

“Digər səbəb isə psixoloji faktorlarla bağlıdır. Hazırda dünyada iqtisadi sabitlik olmadığına görə, beynəlxalq istehsalçılar məhsullarını baha qiymətə bazara təklif edirlər. Onlar yenidən karantin qaydalarının sərtləşəcəyini ehtimal edirlər və bu səbəbdən hazırkı şəraiti özləri üçün fürsət bilirlər. Eyni zamanda dünyada müxtəlif təmayüllərin baş qaldırması, koronavirus və bu kimi gözlənilməz halların meydana çıxması da psixoloji inamsızlıq yaradıb. Bunun fonunda istehsalçılar özlərini sığortalamağa çalışır. Təbii ki, baş verən hər bir böhran ilk növbədə istehlakçılara zərbə vurur. İnsanlar gəlirlərinin azalmasına baxmayaraq, əvvəlkindən daha artıq vəsaiti ərzaq və qeyri-ərzaq məhsullarının alınmasına sərf edirlər”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, yanacağın qiymət artımı fonunda bahalaşma təbiidir: “Lakin bir çox hallarda biz sui-istifadə hallarını da müşahidə edirik. Təəssüf ki, əksər hallarda qiymətlər məhsulun maya dəyərindəki yanacağın qiymətindəki paya adekvat olmur. Bəzi işbazlar isə bunun yaratdığı psixoloji təsirlərindən istifadə edib, daha çox gəlir əldə etmək üçün qiymətləri süni şəkildə qaldırırlar. Bahalaşma təkcə idxal deyil, həm də yerli məhsullar bazarında hiss olunur. Kənd təsərrrüfatı məhsullarının qiymətlərində olan kəskin artım bunun bariz nümunəsidir. Sözsüz ki, belə bir vəziyyət arzuolunan deyil. Müvafiq qurumlar məsələyə müdaxilə etməli, süni qiymət artımlarının qarşısını almalıdır”.

“Əsas çıxış yolu qiymətləri optimallaşdırmaqdan keçir. Məhsulların birinci əldən bazara çıxışı təmin edilməlidir. Bununla yanaşı rəqabət mühitini artırmaq və müəyyən stimullaşdırıcı addımlar da atılmalıdır. Misal üçün, meyvə-tərəvəz məhsulları birinci əldən təklif olunan qiymətdən üç dəfə baha qiymətə yerində təklif olunur. Yaxşı olardı ki, müxtəlif ərazilərdə kənd təsərrüfatı yarmarkalar təşkil olunsun. Bununla bağlı ortada təcrübə var. Həmin yarmarkalarda çalışan sahibkarlara güzəştli şərait yaradılsın. Belə olarsa, biz qiymətlərdə azalmanı müşahidə edərik. Nəticədə süni qiymət artıran işbazlar məcbur qalaraq bazara uyğunlaşmaq məcburiyyətində qalacaqlar”, - deyə Bayramov fikrini yekunlaşdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR