Milli Məclisin biznesmen deputatlarının SİYAHISI

28 oktyabr, 2021 00:31

Onların arasında apteklər şəbəkəsi işlədənlər də, bina tikənlər də, mal-qara saxlayanlar da var. 

Milli Məclisin deputatları biznes fəaliyyəti ilə məşğul ola bilməzlər. Azərbaycan Respublikası Konstitusiyanın 85 və 89-cu maddələrində qeyd olunur ki, dövlət orqanlarında vəzifə tutan və ödənişli əsaslarla çalışan, kommersiya və sahibkarlıqla məşğul olan şəxslərin deputat olması qadağandır.

Lakin buna baxmayaraq ki, 1995-ci ildən üzü bu yana fəaliyyət göstərən altı çağırış parlamentin hamısında biznesmen deputatlar təmsil olunub. Düzdür, onlar bu fəaliyyətini rəsmi şəkildə həyata keçirmirlər, hər hansı ailə üzvünün və ya qohumunun adına rəsmiləşdirirlər. Ancaq bu gün də ali qanunverici orqanda faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatların sayı az deyil.

Hokm.az Milli Məclisdə təmsil olunan biznesmen-deputatların kimliyini araşdırıb. Araşdırma nəticəsində məlum olub ki:

Uzun illər deputat Cavanşir Feyziyevin rəhbəri olduğu, hazırda da faktiki olaraq özü tərəfindən idarə olunduğu deyilən “Avromed” QSC ölkənin ən böyük əczaçılıq şirkətlərindən biridir. İddialara görə, paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən əksər apteklər “Avromed”dən məhsul götürürlər. Dərman preparatları və tibbi ləvazimatların topdan satışını həyata keçirən şirkətin böyük dərman deposu fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda ən böyük apteklər şəbəkəsi də “Avromed”ə məxsusdur.

Feyziyevin bununla yanaşı, digər şirkətlərinin olduğuna dair məlumatlar da var. Bu sırada “Krokurs LTD” MMC, “İmeks” MMC, “Amd Trade” MMC, “Buta Farm” MMC, “Docta” MMC və digər şirkətlərin adı çəkilir. İddia olunur ki, ölkəyə idxal olunan və Ukraynada istehsal edilən xarici siqaretlərin Azərbaycana gətirilməsini də deputatın rəhbəri olduğu şirkətlərdən biri həyata keçirir.

Daha bir deputat Malik Həsənovun da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kimsəyə sirr deyil. Onun hazırda Prezidentin köməkçisi – Prezident Adminstrasiyası Dövlət Nəzarəti şöbəsinin müdiri işləyən qardaşı Kərəm Həsənovun Əmlak məsələləri Dövlət Komitəsinin sədri olduğu dövrlərdən bizneslə məşğul olduğu iddia olunur. Əsas biznes fəaliyyəti inşaat sektorunda olan M.Həsənov “Azinko Holdinq”in faktiki sahibidir. Şirkət otel, yüksək mərtəbəli yaşayış binaları, qısamüddətli istirahət evləri, biznes mərkəzləri inşası və digər mülki-tikinti işlərinin görülməsi ilə məşğuldur. Eyni zamanda deputatın paytaxtda elektron mağazalar şəbəkəsinin olduğu barədə də informasiyalar var.

Deputat Ülvi Quliyevin də əczaçılıq sektorunda yer aldığı, apteklər şəbəkəsinin olduğu deyilir. İddialara görə, şəbəkənin mərkəzi ofisi Nərimanov rayonu ərazisində, “Nəriman Nərimanov” metrostansiyasının çıxışında yerləşir. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti olan deputat son parlament seçkilərinə qədər Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri idi. Nərimanov rayonunda yerləşən daha bir obyektin – “Qala” restoranının da ona məxsus olduğu bildirilir. Məlumatlara görə, Azərbaycan dövlət  müstəqilliyi əldə etdiyi dövrlərdən Ü.Quliyev bu sektorda fəaliyyət göstərir.

Deputat İqbal Məmmədov bir neçə istiqamətdə fəaliyyət göstərən şirkətlərin faktiki sahibidir. Bunlardan ən böyüyü “Relax” istirahət mərkəzi və “Kaspi – Yıldız” şirkətləridir. “Relax” istirahət mərkəzi Lerik rayonunda yerləşir və həm yerli, həm də xarici turistlərin üz tutduğu əsas məkanlardan biridir. Burada qiymətlər fantastik həddədir və yalnız imkanlı adamlar bu Cənub diyarında dincələ bilirlər. “Kaspi – Yıldız” şirkəti isə  yanğınsöndürmə balonların, yanğın dəstinin istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, texniki baxışını və təmirini həyata keçirir.

1990-cı ildən deputat statusunu qorumağı bacaran və 31 ildir mandat daşıyan Madər Musayevi el arasında daha çox Hacı Madər olaraq tanıyırlar. Konkret olaraq biznes fəaliyyətini inkar edən və məxfi saxlamağı bacaran deputatın bir çox biznes sahələrində faktiki olaraq təmsil olunduğu deyilir. Bina tikintisi, ərzaq topdansatış obyektləri, supermarketləri, aqrar şirkətləri, fermer təsərrüfatları və s. sahələr bu qəbildəndir. Onun həm də böyük zavod və fabriklərə sahib olduğu da iddia edilir. Son illərə qədər Bakının bir çox yerlərində dükanları olan “Favorit” supermarketlər şəbəkəsinə də onun ortaq olduğu barədə məlumatlar var.

Deputat olana qədər Milli Onkologiya Mərkəzində direktor müavini işləyən və bu gün də həmin vəzifədə çalışan Kəmaləddin Qafarov nə qədər qəribə olsa da, həkim deyil. İxtisasca iqtisadçı olan deputatın paralel olaraq biznes fəaliyyəti ilə də məşğul olduğu bildirilir. İddialara görə, əczaçılıq sektorunda önəmli yer alan “Azərimed” şirkəti, “Zəfəran” apteklər şəbəkəsi, “Zəfəran Hospitalı”, “Versal Palace” şadlıq sarayı, “Kanon” şirkəti deputata məxsusdur. Lakin rəsmi sənədlərdə bu şirkətlərin təsisçiləri digər şəxslərdir. Bundan əlavə “Şafran”, “Avestafarm” şirkətlərinin də K.Qafarova aid olduğu bildirilir. Onun təkcə Azərbaycanda deyil, Gürcüstanda da biznesinin olduğuna dair məlumatlar var.

Milli Məclisin yeni və gənc üzvü Elnur Allahverdiyev deputat seçilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bu gün rəsmi olaraq biznes fəaliyyətindən aralı durduğunu bəyan etsə də, hazırda da onun qeyri-rəsmi bu sektorda yer aldığı söylənilir. O, ölkəmizin ən böyük müğazalar şəbəkələrindən olan və sürətlə böyüyən – “Kontakt Home” dükanlar şəbəkəsinin faktiki sahibidir. Buna qədər isə  “Azərcell”in Müşahidə Şurasının sədri, “ABC-Telecom” MMC-nin Baş direktoru olub. Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb.

Tahir Rzayevin adı daha çox Milli Məclisin Aqrar siyasət komitəsinin sədri olaraq çəkilsə də, onun da deputat olduğu Ağcəbədi rayonunda böyük fermer təsərrüfatının olduğu iddia olunur. Məlumatlara görə, deputat bu heyvandarlıq müəssisəsini yaxın adamlardan birinin adına rəsmiləşdirib.

Mikayıl Mirzəzadə

Hokm.az

25 avqust

11:49 - ran və Avropa üçlüyü Cenevrədə görüşür - Nüvə razılaşmasında yeni mərhələ başlayır11:47 - Türkiyə-Ermənistan sərhədi açılır? 11:45 - İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi