Operativ Qərargah toplaşır - Küçədə maskasız gəzmək və toy etmək qadağası gözlənilir?

28 oktyabr, 2021 00:38

Azərbaycanda koronavirusa yoluxanlar hələ də sağalanları üstələyir. Gündəlik ölüm sayı 20-30 arasındadır. Aktiv xəstə sayı 26 mindən çoxdur. Bir sözlə pandemiya ilə bağlı durum heç də ürəkaçan deyil. Üstəlik rəsmi qurumlar növbəti aylarda, yəni noyabr və dekabrda epidemioloji durumun daha da kritikləşəcəyini, növbəti dalğanın tüğyan edəcəyini bəyan edirlər. 

Məlumat üçün qeyd edək ki, dünya ölkələrində də epidemiya ilə bağlı vəziyyət pisləşib. Bəzi ölkələr artıq koronavirusdan qorunmaq məqsədilə karantin tədbirlərini sərtləşdirirlər. Avropa ölkələrində küçələrdə maskasız gəzmək qadağası bərpa edilib. Təhsil müəssisələri, restoran və kafelərin fəaliyyətinə məhdudiyyət qoyulub. 

Bəs, Azərbaycanda pandemiya ilə bağlı karantin rejiminin sərtləşəcəyi gözlənilirmi? 

Qeyri-rəsmi məlumatlara görə bu həftənin şənbə günü Nazirlər Kabineti yanında Operativ Qərgahın növbəti brifiniqi təşkil olunacaq. Brifinqdə pandemiya ilə bağlı bəzi məhdudlaşdırıcı qərarların veriləcəyi istisna olunmur.  İlkin ehtimallara görə Azərbaycanda da bəzi Avropa ölklərində olduğu kimi açıq havada maskasız gəzmək qadağası bərpa edilə bilər. Ardınca, toy, xınayaxtı, nişan və digər böyük mərasimlərin keçirilməsinə məhdudiyyət qoyula bilər. Hansı ki, son vaxtlar yoluxmanın daha çox toy mərasimlərində artdığı müşahidə edilir. Uzun müddət bir-birlərini görməyən insanlar qucaqlaşır və yaxın təmasda olurlar.
 
Təhsil müəssisələrinin qapadılmasına gəlincə, məsələ ilə bağlı ictimaiyyətdə hələki yekdil fikir formalaşmayıb. Valideynlərin əksəriyyəti virusun sürətlə yayılması təhlükəsi səbəbindən məktəblərin bağlanmasını tələb edirlər.

Sosial şəbəkələrdə noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur. Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" verilişində bu iddialara münasibət bildirib. O, bununla bağlı qərarın olmadığını xatırlatsa da, hər şeyin yoluxma ilə bağlı rəqəmlərdən asılı olacağını bildirib. 

Nəzərə alsaq ki, Ümümdünya Səhiyyə Təşkilatının tövsiyəsində də təhsil müəssisələrin sonda bağlanması qeyd olunub. Bu baxımdan məktəblərin qapadılması və tədrisin distant formaya keçməsi real görünmür. 

Bu mənada deputat və ictimai-siyasi cameənin əksər nümayəndələri də ölkədə hər hansı qapanma qərarının əleyhinədirlər. Onlar hesab edir ki, qapanma təhlükəli və insanların iş mühitinin dayanmasıdır.

Üstəlik bundan əvvəl tətbiq olunan bütün qapanmaların nəticəsi effektiv oliub və ən optimal yol vaksinasiyanın davam etdirilməsindən keçir. 

Qeyd edək ki, xeyli müddətdir ki, ölkə sərt karantin rejimindən çıxaraq bir sıra yumşaldılmalara gedib. Kinoteatrların, teatrların fəaliyyəti bərpa olunub, toylar müəyyən məhdudiyyət çərçivəsində keçirilir. /bizim.media

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR