"Yaşar Nuri bank yarıb, yoxsa mafioz olub?"  - Xanımından sərt sözlər

28 oktyabr, 2021 17:42

Bir neçə gün əvvəl mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızının efirdə maddi sıxıntı yaşadığını deməsi müzakirələrə səbəb oldu. Artıq bütün əşyalarını satdığını etiraf edən Ülkərin sözləri birmənalı qarşılanmadı. Bəziləri məşhur sənətkarın ailəsinin maddi problemi olduğuna inanmaq istəmədi.

"Azsiyaset" xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva mərhum sənətkardan onlarla mal, mülk qalmadığını bildirib:

“İnsanlar niyə bizim həqiqətən maddi sıxıntılarımız olduğuna inanmaq istəmir? Başa düşmürəm, məgər Yaşar Nuri biznesmen olub, bank yarıb yaxud mafioz olub? Yaşar aktyor olub, vaxtilə yaxşı pul qazanıb, sağlığında biz də o pulu xərcləmişik. Xəstəliyi zamanı, rəhmətə getdikdən sonra qalan nə varsa hamı kimi biz də yavaş-yavaş olanları satıb yemişik. Burada qeyri-adi nə var ki?

Yaşarın indikilər kimi lüks villaları, obyektləri, bağları olmayıb. O, hansısa müəssisənin direktoru, İcra başçısı olmayıb. Hansısa vəzifəni tutub milyonlar qazanmayıb, əsl sənətkar idi. Hər zaman sənət eşqi canında, ruhunda olduğuna görə pul-para haqqında düşünməyib. Heç vaxt pulun arxasınca qaçmayıb. Nə qazanıbsa, ailəsi üçün xərcləyib, vaxtilə biz də çox əla yaşamışıq”.

Rəhimə xanım efirdə bunları deyərək kimdənsə maddi dəstək gözləmədiyini, Mədəniyyət Nazirliyindən ailəyə diqqət göstərilməsini istədiklərini qeyd edib:

“Yaşar Nurinin ölümünün üstündən 10 il keçib, insanın gərək milyonlarla ehtiyyatı olsun ki, bu illər ərzində yaxşı yaşamağa bəs eləsin. İnsanlar sosial şəbəkələrdə bu mövzuda şərh yazanda başa düşməlidirlər ki, vəziyyət belədir. Aktyorun nə qədər pul ehtiyyatı qalmış ola bilər ki? Müəyyən yerə gələndə hər insanın ehtiyyatı bitir, qıraqda-bucaqda saxladıqları qurtarır, bu normaldır. İstər sadə vətəndaş olsun, istərsə də milyonların sevimlisi olan məşhur sənətkar. Burda bu qədər böyüdüləcək nə var axı? Nə demişik ki? Kimdənsə sədəqə istəməmişik, kimdənsə pul verməsi üçün xahiş etməmişik. Qızım Ülkər sadəcə müraciət edib, bu müraciət də Mədəniyyət Nazirliyinə aid idi. O istəyirdi ki, mərhum sənətkarın ailəsindən xəbər tutsunlar, ən azından bir zəng vurub soruşsunlar ki, “Ay Yaşar Nurinin ailəsi, nə var, nə yox? Necə yaşayırsınız?” Biz sadəcə diqqət istəyirik, söhbət ondan getmir ki, kimlərsə gətirib bizə pul versin. Kim bunu necə başa düşür, necə yozur yozsun, artıq mənə heç bir fərqi yoxdur... Efirə çıxandan sonra da nazirlikdən bir nəfər belə zəng edib maraqlanmadı”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR