Azərbaycanda böyük amnistiya olacaq
29 oktyabr, 2021 14:48
Azərbaycanda amnistiya aktı qəbul ediləcək.
"Azsiyaset" xəbər verir ki, bu barədə bakupost.az-a Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, amnistiya aktının 8 Noyabr Zəfər günü ərəfəsində qəbul ediləcəyi gözlənilir.
Ə.Nuriyev bildirib ki, bu nəcib təşəbbüslə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edib.
Qeyd edək ki, amnistiya aktının 15 mindən çox məhkumu əhatə edəcəyi gözlənilir.