"AccesBank" - zərər üstünə zərər - Uzun illərdir ziyanla işləyən bank rəhbərliyi hansı "uğurlardan" danışır?

30 oktyabr, 2021 10:27

Azərbaycanda fəaliyyət göstərən banklar 2021-ci ilin 3-cü rübünün nəticələrini əks etdirən maliyyə hesabatlarını açıqlayıb.

“Azsiyaset" Azpolitika.info-ya istinadla bildirir ki, həmin hesabatlara əsasən cəmi 4 bank rübü zərərlə başa vurub. 

Bunlardan üçü ölkəmizdə o qədər də populyar olmayan “Pakistan Milli Bankı”, “Yapıkredi Bank” və “Bank Avrasiya”dır. 4-cü bank isə əksinə, kifayət qədər tanınan və xüsusilə kiçik biznesin tez-tez üz tutduğu “AccessBank”dır.

Cari ilin 3-cü rübünün nəticələrinə görə, “AccessBank” 1 milyon manata yaxın – 914 min manat ziyan edib. Məsələ ondadır ki, cari ilin əvvəlki iki rübündən də bank ziyanla çıxıb. Belə ki, “AccessBank” 2021-ci ilin birinci yarısının yekunlarına görə 2 milyon 24 min manat ziyan etmişdi.

Ümumiyyətlə, sözügedən bank son bir neçə ildə ən çox ziyan edən banklar sırasında lider mövqelərində yer almaqdadır. 2020-ci ilə qədər bank ardıcıl 4 il ziyanla işləyib. Məsələn, 2019-cu ili bu bank 90 milyon(!) manat zərərlə başa vurub. Ancaq bu da ən böyük rəqəm deyil. 

Məlumat üçün bildirək ki, “AccessBank” 2016-cı ili 100,889 milyon manat, 2017-ci ili 56.4 milyon manat, 2018-ci ili isə 11.5 milyon manat zərərlə başa vurmuşdu. İllərin təcrübəsi göstərir ki, zərərlə işləmək bir növ “AccessBank” üçün adət halını alıb. Buna görə mütəxəssislər onu ölkənin ən riskli banklarından biri hesab ediblər.

Daha sonra səhmdarlar bankın maliyyə vəziyyətini düzəltmək üçün əlavə vəsaitlər cəlb etdilər. Nəticədə bankın imkanları, kapitallaşma səviyyəsi, aktivləri artırıldı. Bankın aktivləri hətta bir milyard manata yaxınlaşıb. Buna baxmayaraq, bank yenə zərərlə işləməkdə davam edir.

Doğrudur, “AccessBank” 2020-ci ilin dördüncü rübünü 2.6 milyon mənfəətlə başa vurmuşdu. Lakin göründüyü kimi, cari ilin 3 rübünü yenə zərərlə işləyərək, demək olar ötən ilin sonundakı mənfəəti də “silib”. Və belə görünür ki, böyük ehtimalla bank ümumilikdə 2021-ci ili yenə ziyanla başa vuracaq.

Xatırladaq ki, bu qurumun ilk səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutları olub. Ölkədəki neft gəlirləri bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək, (özü də kölgə iqtisadiyyatına rəvac verərək, “qara mühasibatlıq” əsasında) bu təşkilatlar “AccessBank” vasitəsilə böyük qazanc əldə ediblər. Son illərdə isə bank heç cür “qara zolaq”dan çıxa bilmir.

Maraqlıdır ki, bütün bunlara baxmayaraq, “AccessBank”-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeniya Qaşikulina Bankın üçüncü rüb üzrə maliyyə nəticələrini şərh edərkən yenə hansısa “uğurlardan” gen-bol danışıb.

Hansı ki, bankir xanım da bilməmiş deyil ki, istənilən bankın, yaxud hansısa digər biznes, maliyyə strukturunun əsas göstəricisi onun mənfəətidir. O mənfəət ki, “AccessBank” uzun illərdir üzünə həsrət qalıb...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR