Zəngəzurda iri şirkət fəaliyyətini dayandırdı - 1500 erməni işsiz qaldı
31 oktyabr, 2021 00:35
Zəngəzur mahalında “Ajdanak” nəqliyyat-tikinti şirkəti işlərini dayandırıb. Nəticədə 1500 erməni işsiz qalıb.
Erməni mətbuatı xəbər verir ki, şirkət bunun səbəbini hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqələndirir.
Səhər saatlarında Qafan polis idarəsinin əməkdaşları bütün avadanlığın müayinə üçün polis bölməsinə çatdırılmasını tələb ediblər. Bu barədə şirkətin Facebook səhifəsində məlumat verilib.
Şirkət rəhbərliyi bu tələbi qanunsuz, məntiqsiz və qəbuledilməz adlandırıb.
Ermənistan polisi mövzu ilə bağlı şərh verməyib.