"Bazarda qiymətlər günbəgün artır və qarşısını ala bilmirik" - Vahid Əhmədov

01 noyabr, 2021 12:46

Milli Məclisdə Dövlət rüsumu haqqında qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov qanun layihəsinin maliyyə tutumunun həcminin açıqlanmasını istədi.

"Başa düşürəm, dövlət büdcəsilə bağlı müəyyən problemlər olanda belə dəyişikliklərə gedilir. Mən Maliyyə Nazirliyinin yerinə olsaydım, rüsumları artırmaq yerinə, digər vəsaitlərdən istifadə edərdim”, - deputat bildirdi.

V.Əhmədov cərimələrlə bağlı müəyyən nazirliklər vıə komitələr üçün münbit şərait yaradıldığını qeyd etdi. Deputat təklif etdi ki, gələn dəfə Maliyyə Nazirliyi bu vəsaitlərlə bağlı məsələyə də baxsın. “Bizi narahat edən qiymət məsələsidir. Dövlət rüsumlarının artırılması qiymət məsələsinə çox ciddi təsir edir. Bazarda qiymətlər nəinki aybay, günbəgün artmaqda davam edir və qarşısını ala bilmirik. Baytarlıq, quş əti, heyvandarlıqla əlaqədar rüsumların artırılması istər-istəməz rüsumlara təsir edir. Baxıram, 110 manatlıq rüsum 150 manata qaldırılıb. 15 manatdan 50 manatadək artımlar var. Bu artımlar o qədər də kiçik artımlar deyil. Dərman vasitələri ilə əlaqədar bizdə problemlər var. Azərbaycanda 13 min adda dərman olmalıdır. Hazırda dərman bazarında cəmi 8 min adda dərman var. 5 min adda dərman ölkəyə gətirilmir, çünki sərf eləmir. İki şirkətlə görüşmüşəm, onlar deyirlər qeydiyyatla bağlı problemlər var. Dərman sahəsində onsuz da problemlərimiz var, bu sahədə rüsumlara dəyişiklik edilməsini istəməzdim”,- V.Əhmədov daha sonra söylədi.

Aksiz markalarla əlaqədar danışan V.Əhmədov dedi ki, bir neçə il əvvəl aksiz markaları və alkoqollu içkilərlə bağlı rüsumları qaldırdıq: “Düzdür, zərəri var, amma tələbat var, bu da əhalinin vəziyyətinə təsir edir”.

Musavat.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR