"Mənim doğma Vətənim Azərbaycan: Jurnalistlər arasında videomüsabiqə" layihəsinin təqdimatı oldu - FOTOLAR

02 noyabr, 2021 00:04

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə tanınmış jurnalist Hacıbəy Heydərlinin "Mənim doğma Vətənim - Azərbaycan - Jurnalistlər arasında videomüsabiqə" layihəsi çərçivəsində görüş keçirilib. 

"Davam" Gənclər Hərəkatında baş tutan görüşdə layihə rəhbəri Hacıbəy Heydərli çıxış edərək bildirib ki, informasiya müharibəsində video və foto çəkilişlərin önəmi əvəzsizdir:

"1-ci Qarabağ müharibəsində Çingiz Mustafayevin çəkdiyi kadrlar erməni vəhşiliyini bütün dünyaya göstərə bildi. Eynilə İkinci Qarabağ müharibəsində də jurnalistlərimiz, fotoqraflarımız gecə-gündüz çalışdılar, Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdılar. Vətən müharibəsindən Zəfər çaldıq, ancaq informasiya müharibəsi bu gün də davam edir. Hər bir gəncimiz çalışmalıdır ki, bu işdə dövlətimizə yardımçı olsun, Azərbaycan həqiqətlərini foto və videolarla geniş kütləyə çatdırsın". 

Tədbirdə daha sonra AzərTac dövlət agentliyinin Fotoinformasiya Materiallarının buraxılış redaktoru Aydin Oktayoğlu çıxış edib. O deyib ki, çəkdiyi fotolar dəfələrlə dünyanın nüfuzlu media orqanları tərəfindən yayımlanıb. Fotoqraf bu günə qədər çəkdiyi bəzi fotoları gənclərə nümayiş etdirib. 

Tanınmış fotoqraf Valeh Arifoglu isə çıxışında deyib ki, foto və video materiallarda ən önəmli məqam anı yaxalamaqdır. O çəkdiyi fotoların tarixçəsi haqda gənclərə məlumat verib.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı isə gənclərin informasiya müharibəsində daha da aktiv olmasının vacibliyindən danışıb. O deyib ki, hər bir Azərbaycan gənci beynəlxalq arenada daha da fəal olmalı və Azərbaycan həqiqətlərini yaymalıdır. Təşkilat sədri bu işdə sosial şəbəkələrin rolunu da xüsusi qiymətləndirib.

Tədbirdə müxtəlif universitetlərdə təhsil alan və jurnalistikaya marağı olan 50-dən çox gənc iştirak edib.

Tədbir gənclərin sualları ilə davam edib.

Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR