Sülhməramlılar 50 ermənini Amarasa apardı
02 noyabr, 2021 11:01
Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 50 erməni zəvvardan ibarət bir qrupun Amaras monastırına ziyarətinin təhlükəsizliyini təmin ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
"Monastır təmas xəttinə yazın ərazidə yerləşir. Ona görə də sülhməramlıların müşaiyəti təhlükəsizliyi təmin etmək baxımından önəmlidir”- deyə sülhməramlıların nümayəndəsi Sergey Kalinin açıqlayıb.
Qeyd edək ki, qədim Alban mədədi olan Amaras Xocavənd rayonu ərazisində yerləşir.