Səlim Müslümovun atası - "Ona heç azadlıq da arzulamıram"

03 noyabr, 2021 13:41

1 noyabr 1961-ci ildə dünyaya gələn eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 60 illik yubileyini dəmir barmaqlıqlar arxasında qeyd edib.

"Azsiyaset" xəbər verir ki, bu barədə modern.az-a danışan sabiq nazirin atası Yanvar Müslümov oğluna arzularını dilə gətirib:

“Səlimə ancaq və ancaq can sağlığı arzulayıram. İndiki zəmanda bundan mühüm, bundan ümdə heç nə yoxdur. Ona görə də oğluma yalnız can sağlığı arzulayıram. İnanın ki, heç azadlıq da arzulamıram. Bircə canı sağ olsun, bu dünyanı bürüyən koronavirus ondan uzaq olsun, başqa heç nə istəmirəm”.

Y.Müslümov eyni zamanda, öz səhhətindən də danışıb:

“Yaşlı adamam, bir yerim düzəlir, o biri yerim ağrıyır. Yaşıma görə düşünürəm ki, normaldır, belə də olmalıdır. Ayaqlarım da çox ağrıyır, uzaq yol da gedə bilmirəm ki, Səlimə baş çəkim. Danışanda ancaq deyir ki, yaxşıyam, narahat olma məndən. Mənim də gücüm dua etməyə çatır. Allah heç kimi azadlıq demirəm, can sağlığı ilə sınağa çəkməsin bircə”.

Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) məlumatına görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyarında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub. İqtisad elmləri doktoru, professordur.

Yeri gəlmişkən, eks-nazirin yüksək rütbəsi də var - 17 yanvar 2002-ci ildə ölkə Prezidentinin fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilib.

Bu, Səlim Müslümovun ilk həbsi deyil. Onun adı maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Azərbaycan Əmanət Bankının Səbail filialının rəhbəri Bəşər Hacıyev, Maliyyə Nazirliyinin idarə rəisi Səlim Müslümov və Səbailin icra başçısının birinci müavini Hüseyn Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham edilmişdilər. Belə ki, bununla bağlı yayılan məlumatlarda bildirilirdi ki, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən Azərbaycan Əmanət Bankından (indiki KapitalBank) milyonlarla vəsaitin “yoxa” çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. Həmin dönəmdə saxlanılan Səlim Müslümov 6 aydan sonra azadlığa buraxılmışdı. Hadisələrin gedişi göstərir ki, bu dəfə onun qısa müddətdən sonra azadlığa buraxılması çətin gerçəkləşsin...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR