Ermənilər Zəngəzurun kəndlərindən niyə köçürülür? - İki mühüm səbəb

05 noyabr, 2021 10:28

Zəngəzurda yaşayan ermənilər təcili olaraq, dəyər-dəyməzinə evlərini, torpaq sahələrini satmağa başlayıblar. Bu sözləri Ermənistanın ən nüfuzlu daşınmaz əmlak agentliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan deyib. Onun sözlərinə əsasən, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır davam edir.

Başqa xəbərlərdə isə deyilir ki, Zəngəzurun Azərbaycanla sərhədə yaxın kiçik kəndləri hökumət tərəfindən köçürülür. Ermənilərin sərhəd kəndlərindən köçməsi haqda iddialar yayılsa da, bunun səbəbi haqda dəqiq səbəb deyən yoxdur. 

Bu köçü Ermənistanda hərbçi qıtlığı ilə izah edənlər də var. Bildirilir ki, həmin kəndləri qorumaq üçün sərhədçi yoxdur və bu səbəbdən əhalisi 5-10 ailədən ibarət sərhədyanı kəndlər boşaldılır. Daha bir iddia isə yeni salınan Ermənistan-İran yolunun tikintisi ilə bağlıdır.

Bu arada Ermənistan Gorus-Qafan avtomobil yoluna alternativ olaraq çəkilən 43 kilometrlik Tatev-Aqvan yolunun tikintisini yaxın tezlikdə başa çatdırmağı düşünür. Bunu ölkənin idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib. Sanosyanın sözlərinə görə, hava şəraiti imkan verərsə, yolun tikintisi bu həftə başa çatacaq.

Xatırladaq ki, bu ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri Gorus-Qafan avtomobil yolunun onların nəzarətində olan sektorunda post qurub. Bu postda İrandan Ermənistana gedən yük maşınlarının yoxlanmasına başlanıb. Elə həmin vaxt İran rəsmiləri Gorus-Qafan yoluna alternativ olaraq çəkiləcək yolun tikintisində Tehranın İrəvana dəstək verəcəyini bildirmişdilər. İran indi bu məsələdə Ermənistana hərtərəfli dəstək verir. 

Lakin Sanosyan etiraf edib ki, alternativ yolun Tatev aşırımı hissəsi ən mürəkkəb hərəkət sektoru olacaq: “Tat dərəsində üç döngə var. Burada yük maşınları çox böyük çətinliklə dönürlər. Amma bu, hər halda, qeyri-mümkün deyil, keçmək olur. Bu problemi nəzərə alaraq, daha doğrusu, bu problemin olmaması üçün biz hazırda Tatev-Ltsen yolunun çəkilişi proqramını həyata keçiririk. Hazırda 19 kilometrlik bu hissədə iki tərəfdən iki şirkət işləyir. Bu il biz bu yolun çınqıl örtüyünü başa çatdıracağıq, amma asfaltlama işləri 2022-ci ilə qalacaq”. 

Nazirin sözlərinə görə, başqa yolun çəkilməsi o demək deyil ki, Ermənistanın Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan 21 kilometrinə heç bir ümidi qalmayıb. Sanosyan qeyd edib ki, bu problem sərhədin delimitasiya və demarkasiyası ilə başa çatacaq.

Bu iddia və ehtimallardan hansı daha çox həqiqətə yaxındır? Zəngəzurun sərhəd kəndləri yeni İran yoluna görə boşaldılır, yoxsa başqa səbəblər var?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, bu köçürülmələr Ermənistan siyasi hakimiyyətinin daxilində Zəngəzur dəhlizinin açılması ilə bağlı hələ xalqa tam açıqlanmayan qərardan doğur: “Eyni zamanda keçmiş SSRİ dövründəki xəritələrin əsasında Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası barədə müzakirələr də bu köçürülmələrdə rol oynaya bilər. Sərhədlərin delimitasiyası və demarkasiyası sərhəd xəttinə düşəcək kiçik kəndlərin əhalisinin orada yaşamasını qeyri-mümkün edəcək. Bunu Ermənistan hökuməti bilir. Hökumət, hər halda, onu da düşünür ki, revanşist qüvvələrə bağlı olan təxribatçılar sərhəd xəttindəki kiçik kəndlərə sızaraq təxribatlar törədə və aranı qarışdıra bilər. O baxımdan da sərhəd xəttində yerləşən kəndlərin köçürülməsi zərurəti meydana gələ bilər. Bütün hallarda baş verən proseslər Azərbaycanın qələbəsinin nəticəsidir, Zəngəzur dəhlizinin açılması ilə bağlı olan məsələlərdir”.

Ç.Qənizadə qeyd etdi ki, erməni mediası hər gün Ermənistanın Azərbaycan sərhədlərinə yaxın bir sıra kəndlərini boşaltmaqda davam etdiyi barədə xəbərlər yayır. Bu xəbərləri təsdiqləyən bəzi görüntülər də mövcuddur:

“Həqiqətən də bəzi kəndlərdə 10-15 ev var. Bu cür kəndlərin perspektivi olmadığını da Ermənistan hakimiyyəti nəzərə alır. Hesab edirlər ki, 10-15 ailə üçün hansısa bir inzibati ərazi vahidinin formalaşması, infrastrukturun qurulması Ermənistan iqtisadiyyatına sərf etməz. O baxımdan bu cür kəndlərin köçürülməsi və birləşdirilməsi Ermənistan hökumətinin siyasətinin tərkib hissəsi ola bilər. Amma digər məsələni də nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasından sonra bu kəndlərin birbaşa sərhəd xəttində yerləşməsi İrəvanı rahatsız edəcək və insanların orada yaşaması qeyr-mümkün olacaq, onda hökumətin həmin kəndləri köçürməsinin daha bir səbəbi də aydınlaşır. İrəvan hesab edir ki, onsuz da o kəndlərin əhalisini orada saxlamaq mümkün olmayacaq. Ona görə də indidən əhalini köçürür. Bu, məsələnin xalqa bəyan olunan tərəfidir. Bəzi kəndlərin köçürülməsini isə İrəvan Ermənistan-İran arasında açılan yeni yolla əsaslandırmağa çalışır. Lakin hesab edirəm ki, bu bir bəhanədir və əsaslı arqument deyil”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"