Baş redaktor hücuma məruzə qalıb - Qazi özü də etiraf edir ki, atası jurnalisti döyüb - FOTO

05 noyabr, 2021 11:50

Jurnalist Elşən Oktayoğlunu döydüyünə görə həbs edilən Saməddin Məmmədovla bağlı yeni faktlar ortaya çıxmaqdadır. Belə ki, S.Məmmədovun yaxınları, xüsusi öyrədilmiş şəxslər jurnalist Elşən Oktayoğlunun fotolarını sosial şəbəkələrdə yayaraq ünvanına təhqirlər yazırlar. 

"Azsiyaset" xəbər verir ki, bu barədə jurnalist Elşən Oktayoğlu özünün sosial şəbəkə hesabında məlumat verir: 

"Əziz dostlar, son günlər sosial şəbəkələrdə mənim şəkillərimi paylaşıb təhqir yazırlar. Səbəb kimi Cəlilabad Rayonunda bloger kimi özünü qələmə verən Saməddin Məmmədovun üzünə durub tutdurduğum deyilir. Bu fikir tam əsassızdır!

25 Sentiyabr gecə saat 22 25- də Saməddin Məmmədov mənim mobil nömrəmə zəng edərək ölümlə hədələyib. Mən həmin vaxt Daxili İşlər Nazirliyinin 102 Çağrı zəng mərkəzinə məlumat vermişəm və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları izahat alıb.

Saməddin Məmmədov, oğlu Nahid Məmmədov və bacısı oğlu məni 27- si şəhidlərin anım tədbiri keçirilən zaman Cəlilabad rayonunda yerləşən Şəhidlər xiyabanının qarşısında döyərək ağır xəsarətlər yetiriblər. Hadisə şahidləri məni Cəlilabad RMX-na çatdırıblar.

Xəstəxanadan Rayon Polis Şöbəsinə məlumat verilib, ora hüquq mühafizə orqanlarının əməkdaşları gəlib, hadisə araşdırılır. Odur ki, hər kəsdən xahiş edirəm ki, araşdirmadan, bilmədən yazmayın. Biz hüquqi dövlətdə yaşayırıq hər kəs etdiyi əmələ görə cavab verir...".  

Xatırladaq ki, Saməddin Məmmədov Cəlilabad rayonunda narkotik alverçisi kimi tanınır və yüzlərlə gəncimizin zəhərlənməsində bu adamın əli var. Eyni zamanda, Cəlilabad rayounun vəzifəli şəxlsərini şantaj edərək onlardan pul tələb edir.

S.Məmmədovun qazi oğlu da etiraf edir ki, atası jurnalisti döyüb. 

O, narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə 2006-cı ildə 8 il, oğlu Amid Məmmədov xuliqanlığa görə 2016-cı ildə 5 il, digər oğlu Nahid Məmmədov isə narkotik maddədən istifadə etdiyinə görə 2019-cu ildə 5 ay 27 gün müddətinə azadlıqdan məhrum ediliblər. 

Görünən budur ki, Saməddin Məmmədov törətdiyi cinayətlərin cəzasından yayınmaq üçün özünü "bloger" kimi təqdim edir. 

 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR