YAP-ın qadın fəallarından biri həbs olundu - Dələduzluqda ittiham olunur
05 noyabr, 2021 14:36
Bakı şəhəri, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva həbs edilib.
"Azsiyaset" unikal.org-a istinadla xəbər verir ki, o, yol verdiyi dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
A.Əliyeva barəsində artıq məhkəmə qərarı da var.
Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının sədr müavini və YAP Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının sədri olub.
O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.