Vidadi Muradovun dövlətdən oğurladığı 22 milyonun aqibəti necə olacaq?

05 noyabr, 2021 14:42

"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov  22 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi. Bu gün isə o vəfat edib. Bundan əvvəl də, kütləvi mənimsəmədə ittiham olunan bir neçə yüksək vəzifəli məmur həbsdə vəfat edib.

Maraqlıdır, Vidadi Muradovun ittiham olunduğu 22 milyonluq vəsaitin taleyi nə olacaq? Hüquqi baxımdan hansı addımlar atılmalıdır?  

"Azsiyaset" xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan vəkil Rəşad Əliyevin sözlərinə görə, Vidadi Muradovun dövlət büdcəsinə vurduğu ziyanın ödənilməsi onun şəxsi əmlakına və səhm paylarına yönləndirilə bilər:  

“Cinayət törətmiş və törətməkdə təqsirləndirlən şəxs vəfat edərsə, bu, cinayət təqibini istisna edən hallardan biridir və cinayət təqibinə xitam verilir. Ancaq burada ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilir. Yəni, məhkəmə baxışının gedişində cinayət təqibinə şəxsin ölümü ilə əlaqədar xitam verilirsə, buna ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi halda isə müdafiəçinin razılığı ilə yol verilir”.

O bildirib ki, bəraət olmadığı təqdirdə cinayət təqibinə yalnız şəxsin ölməsi əsasıyla xitam verilir:

“Şəxsin cinayət əməli nəticəsində vurduğu ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxsin əmlakı, səhm payları və aktivlər üzərinə məhkəmə qərarı ilə həbs qoyulubsa, dövlətə vurulan zərərin ödənilməsi həmin əmlak hesabına da təmin edilə bilər. Həmçinin mülki qanunvericiliyə əsasən, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu da mirasa daxildir. Yəni, mirası qəbul edən şəxslər həmin əmlakın dəyəri məbləğində borcları da ödəmək vəzifəsi daşıyırlar”.

Qeyd edək ki, 9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Onu da bildirək ki, Vidadi Muradovun oğlu Cavid Məmmədov Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR