Narazı iş adamı gömrükdə başına gətirilənlərdən danışdı - ŞOK TƏFƏRRÜAT+FOTO

06 noyabr, 2021 00:37

“LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanovun Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri barədə "Demokrat.az"-a açıq məktub ünvanlayıb.

"Demokrat.az" xəbər verir ki, R.Aslanov, Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə qarşı iddialarında bir çox mətləblərə toxunur. Sahibkar, ona qarşı yol verilən qanunsuzluqlardan söz açaraq, gömrük əməkdaşlarının süründürməçi əməllərindən bəhs edir. 

Çarəsiz iş adamı, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, ölkə rəhbərliyindən kömək gözləyir:

Sahibkar Ramil Aslanovun müraciətini təqdim edirik:

 Azərbaycan  Respublikasının  Prezidenti 
 Cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, 
Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər 
Əliyev Fondunun Prezidenti,YUNESKO-nun və İSESKO
-nun Xoş Məramlı Səfiri Xanım Mehriban Əliyevaya   

Surəti:   Azərbaycan Respublikasının Baş Naziri cənab Əli   Əsədova

Surəti:   Azərbaycan Respublikası Milli Məclisinin Sədri 
Xanım Sahibə Əli qızı Qafarovaya

Surəti:   Azərbaycan Respublikasının Prezident Administrasiyasının
Rəhbəri (Korrupsiya ilə  Mübarizə komissiyasının sədri)
cənab Samir Rafiq oğlu Nuriyevə

Surəti:    Azərbaycan Respublikasının Prezident Adminstrasiyanın
 İqtisad  Məsələlər və İnnovativ             
 İnkişaf Siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova
                                                 
Surəti:   İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva
                                               
Surəti:  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin
                                                                   Sədri cənab Səfər Mehdiyevə

Surəti:   Dövlət Gömrük Komitəsinin Apellyasiya şurasının  rəhbərliyinə  

Surəti:   Bakı Baş Gömrük İdarəsinin Rəisi cənab Kənan Məmmədova                                    

Hörmətli Cənab Prezident,


Bundan öncə Sizə bir neçə dəfə Bakı Baş Gömrük idarəsində baş verən qanunsuzluqlar barəsində məktubla müraciət etmişdim. Məlumat üçün bildirirəm ki, 02.11.2021-ci tarixində məni Dövlət Gömrük Komitəsinə dəvət etdilər. Dövlət Gömrük Komitəsində  keçirilmiş görüş zamanı Komitənin rəhbər işçiləri tərəfindən  mənim problemlərim dinlənildi, şikayətim barədə məndən müvafiq olaraq yazılı izahat alındı və nəticə barədə mənə məlumat veriləcəyi bildirildi. Nəzərinizə çatdırmaq istəyirəm ki,  Dövlət Gömrük Komitəsinin rəhbər işçiləri ilə görüş zamanı Bakı Baş Gömrük İdarəsi tərəfindən mənim sahibkarlıq fəaliyyətimlə bağlı edilən qanusuzluqlar barədə ətraflı məlumat verdim və şikayətimlə əlaqədar olaraq bütün iradlarımı qanunu əsaslarla sübut etdim. Qeyd etməliyəm ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları mənim dediklərimə diqqətlə qulaq asdılar, söylədiklərimin araşdırılacağını bildirdilər və Bakı Baş Gömrük İdarəsi tərəfindən mənə qarşı haqsızlıq edildiyi ilə formal da olsa razı olduqlarını biruzə verdilər. Tərəfimdən bir daha onların nəzərinə çatdırıldı ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulur, özlərindən uydurma gömrük rəsmiləşdirilməsi metod və üsulları tətbiq edilir, sahibkarlara süni maneələr yaradılır və beləcə sahibkarlar vaxt itkisinə, təzyiqə və əsəb sarsıntısına məruz qalır.

Dövlət Gömrük Komitəsinin rəhbər işçilərinə bildirdim ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov,  onun birinci müavini Faiq Seyidov və maliyyə inspektoru Etibar Talıblı tərəfindən sahibkarlara sözün əsl mənasında zülm edilir. Onlar açıq-açkar “reket”liklə məşğul olurlar.Ölkəyə idxal edilən mallara dair hesablamalarda süni qiymət şişirtmələrinə, hesablama meyarlarına əməl etməyərək çox böyük qanunsuzluqlara yol verirlər. Hansı sahibkar ki, öz haqqını tələb edir ona qarşı müxtəlif təzyiq formalarından, hətta ölüm hədə-qorxusu gəlməklə ağılasığmaz metodlardan istifadə olunur. Bu da təbii ki, sahibkarların işdən soyumasına gətirib çıxarır ki, nəticə etibarı ilə iqtisadiyyatımız inkişafdan geri qalır.

Dövlət Gömrük Komitəsinin rəhbər işçiləri ilə görüş zamanı mən onların nəzərinə çatdırdım ki, nə qədər ki, gömrük orqanlarında Kənan Məmmədov, onun birinci müavini Faiq Seyidov və maliyyə inspektoru Etibar Talıblı kimi gömrük məmurları işləyirsə gömrük orqanlarının fəaliyyətinin müasir üsullarla qurulmasından söhbət gedə bilməz.

Tərəfimdən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının nəzərinə çatdırıldı ki, Cənab Prezidentin tövsiyyə və tapşırıqlarına əməl edərək, gömrük orqanlarının fəaliyyəti beynalxalq standartlara uyğunlaşdırılmalıdır. Buna görə də zənnimcə gömrük orqanlarında optimallaşdırılma aparılmalı, heç bir işə yaramayan, savadsız, öz işinin öhdəsindən gələ bilməyən Bakı Baş Gömrük İdarəsinin məmurları təcili şəkildə öz vəzifələrindən kənarlaşdırılmalı, həmin vəzifələrə korrupsiyaya bulaşmamış vicdanlı, savadlı,layiqli insanlar gətirilməlidir. Görüş zamanı tərəfimdən verilmiş izahatda qeyd etdim ki, Bakı Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi zamanı mənim şirkətim “LİON CENTRE” MMC-yə  idxal edilən bir adda olan mal 17 günə rəsmiləşdirilirsə, onda belə çıxır ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun himayə etdiyi şirkətlərin və karqoların 85-90 adda olan mallarının idxal edilməsi üçün təxminən 1500 günədək vaxt lazımdır.Təbii ki, bu belə deyil. Bakı Baş Gömrük İdarəsində Kənan Məmmədovun himayəsində olan şirkətlərin və karqoların idxal etdikləri malın gömrük rəsmiləşdirilməsinə cəmi bir neçə dəqiqə sərf edilir.

Beləliklə, Kənan Məmmədov, Faiq Seyidov və Etibar Talıblı tərəfindən onlara yaxın adamların şirkətlərinin fəaliyyətinə münbit şərait yaradılır və mənim kimi, dürüst işləyən öz fəaliyyətini Azərbaycan Respublikamızın qanunvericiliyinə uyğun olaraq aparan sahibkarların işinə bilərəkdən süni əngəllər törədilir.

Görəsən Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Natiq Axundovun mənim Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarından etdiyim şikayətlə bağlı sosial şəbəkələrdə yayımladığı məqalədə  mənim dediklərimin həqiqətə uyğun olmadığını söylədikdə heç vicdan əzabı çəkdimi?

Zənnimcə mətbuat işçisi  yazdığı hər bir məlumatı araşdırılmalı və ondan sonra düzgün nəticə çıxararaq, düşündüklərini qələmə almalıdır.

Hörmətli Cənab Prezident,

Məlumat üçün Sizə bildirirəm ki, Dövlət Gömrük Komitəsinin yüksək rütbəli məmurları ilə görüşüm zamanı onların nəzərinə çatdırdım ki, mənim “LİON CENTRE”MMC şirkətimə Çin Xalq Respublikasından 01211000341373 saylı bəyannamə üzrə idxal edilən mallara görə gömrük rəsmiləşdirilməsi zamanı gömrük qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması ilə düzgün hesablama aparılmaması nəticəsində mənim ödədiyim 8175 manat məbləğində pul vəsaitinin, mənim şirkətimin depozit hesabına geri qaytarılmasını təmin etmək  üçün əməli tədbirlər yerinə yetirilsin. Əks halda həmin məbləğin geri qaytarılması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyəm.

 Hörmətli Cənab Prezident,

Yuxarıda göstərilənləri nəzərə alaraq  öz fəaliyyətlərində ölkə qanunvericiliyinin tələblərini kobud şəkildə pozduqlarına görə  Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova, onun birinci müavini Faiq Seyidova və BBGİ-nin maliyyə şöbəsinin inspektoru Etibar Talıblıya qarşı müvafiq intizam tənbehinin tədbiq edilməsi üçün müvafiq dövlət qurumlarının rəhbərlərinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

 Qoşma: 3 vərəq.

 Hörmətlə,
 “LİON CENTRE” MMC-nin
 Direktoru                  
                                                                                   Ramil Aslanov



Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundova informasiya sorğusu göndərilib. Hələlik ünvanladığımız sorğuya cavab verilmədiyindən, Dövlət Gömrük Komitəsinin mövqeyini dərc edə bilmirik. Bununla belə, ittiham olunan tərəfin mövqeyini saytımızda işıqlandırmağa hazırıq.

Zaur Hacılı
Demokrat.az  

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"