"Türk kimdir, Azərbaycan kimdir, bunu hər kəs gördü..." - Hülusi Akar mühüm mesajlar verdi

06 noyabr, 2021 11:46

Ötən gün noyabrın 5-də axşam Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu ölkənin silahlı qüvvələrinin qoşun növlərinin komandanları ilə birlikdə Azərbaycanın Ankaradakı səfirliyində Zəfər Günü ilə bağlı təşkil edilmiş rəsmi qəbulda iştirak edib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Hulusi Akar mərasimdə mühüm mesajlar verib, Azərbaycan ordusunun qələbəsinin türkün kim olduğunu bütün dünyaya göstərdiyini deyib.

Mərasimdə Hulusi Akarla bərabər Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Yaşar Güler, quru qoşunlarının komandanı, ordu generalı Musa Avsever, dəniz qüvvələrinin komandanı, ordu admiralı Adnan Özbal, hava qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz, milli müdafiə nazirinin müavini Alparslan Kavaklıoğlu da mərasimdə iştirak edib.

İki ölkənin dövlət himnlərinin oxunmasından, şəhidlərin ruhunun yad edilməsindən sonra Hulusi Akar çıxışına başlayıb.

“Azərbaycanla Türkiyə arasında əməkdaşlıq getdikcə daha da çox inkişaf edir. Bilirik ki, bunun nəticəsində təkcə Azərbaycan və Türkiyə deyil, bütün region dövlətləri əmin-amanlıq və firavanlıq içində yaşayacaq”, - nazir bildirib.

“Biz bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı işlərində yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın. Biz bu məsələləri bütün platformalarda, apardığımız bütün danışıqlarda dəfələrlə demişik və deyirik”, - Hulusi Akar sözlərinə davam edib.

O, xatırladıb ki, 30 il əvvəl Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə 1 milyon insanı əziyyətə düçar edib:

“Qardaşlarımız, günahsız insanlar Ermənistan tərəfindən, xüsusən də Xocalıda qətlə yetirilib. Bu hadisələr baş verən zaman ATƏT-in Minsk qrupu bəyan etdi ki, “bu problemlər danışıqlar yolu ilə həll olunacaq”. 30 il keçdi. Amma təəssüf ki, heç bir tədbirin görülmədiyini, irəliləyişin olmadığını gördük. Nəticədə azərbaycanlı qardaşlarımız 44 günlük müharibə nəticəsində öz doğma torpaqlarını Ermənistan işğalından azad etdilər. Bunun sonunda nə oldu? Bunun sonunda türkün gücünü bütün dünyaya nümayiş etdirdilər. Hamı gördü ki, Azərbaycan kimdir, türk kimdir”.

Vətən müharibəsində qazanılan qələbəni yüksək qiymətləndirən H. Akar deyib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin ortaya qoyduğu iradə, liderlik sayəsində qazanılan qələbənin qiyməti bilinməlidir: “Gecə-gündüz çalışaraq bütün lazımi tədbirləri görməliyik ki, bundan geri dönüş olmasın”.

İki ölkə silahlı qüvvələri arasında tədris və əməkdaşlıq proqramlarının davam etdiyini xatırladan Hulusi Akar onu da bildirib ki, onların məqsədi atəşkəsin qalıcı olması və bölgəyə sülhün, sabitliyin gəlişidir.

“Bu sabitlik təkcə Türkiyə və Azərbaycan üçün gərəkli deyil. Əgər sayın Əliyevin və sayın prezidentimizin barış əlini anlaya bilsələr, bu uzanan əli tutsalar Ermənistanın da həm təhlükəsizlik, həm rifah baxımından qazanclar əldə edəcəyini görürük, hər kəsin də bunu görməsini istəyirik”, - Hulusi Akar bildirib.

Nazir çıxışını  qəhrəmanlıq dastanı yazan Azərbaycan ordusunun hər bir fərdini təbrik edib, şəhidlərə rəhmət, qazilərə şəfa diləyib. Akar sözlərini “üç rəngli bayrağınla məsud yaşa, çox yaşa, Azərbaycan, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı” sözləri ilə bitirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR