Sarkisyan anasını niyə Azərbaycanda dəfn etdi?

10 noyabr, 2021 11:57

Xəbər verdiyimiz kimi, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın anası dünyasını dəyişib. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın qatıldığı dəfn mərasimi Xankəndidə baş tutub. 

Sarkisyanın anasını Azərbaycan şəhəri olan Xankəndidə torpağa tapşırması sosial şəbəkələrin hər iki seqmentində müzakirələrə səbəb oldu. Ermənilər bunu Xankəndinin əbədi olaraq onlarda qalacağı ilə əlaqələndirsələr də, azəbaycanlı sosail şəbəkə iştirakçıları fərqli mövqe ortaya qoydular. Onların fikrincə, Azərbaycan xalqı tolerant olduğu, kimliyindən asılı olmayaraq dünyadan köçən insanların xatirəsinə ehtiranla yanaşdığı davrandığı üçün Sarkisyanın ailəsi bu addımı atıb.

Ümumiyyətlə, bu məsələdə siyasi səbəb axtarmağa ehtiyac varmı?

Milli Məclisin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı yenisabah.az-a açıqlama verib.

“Burada siyasi səbəb axtarmağa ehtiyac yoxdur. Bəzən müəyyən məsələlərə görə müzakirələr aparılır. Həmin müzakirələrdə biz obyektiv yanaşma görə bilmirik. Bəli, hazırki dövrdə Xankəndidə müəyyən sayda ermənilər yaşayır. Cənab Prezident də dəfələrlə bildirib ki, onlar bizim vətəndaşlardır. Sovet hökuməti dağılmadan öncə əvvəlki Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər yaşayırdı. Ermənilər yaşasa belə bu ərazilər bizimdir, hər zaman belə olacaq. Sarkisyanın anasının dəfn mərasiminin Xankəndidə keçirilməsi ərazilərin ermənilərə aid olması demək deyil. Birmənalı olaraq həm beynəlxalq hüquq baxımından, həm də siyasi baxımdan bu ərazilər Azərbaycan əraziləridir. Azərbaycan torpaqlarının böyük əksəriyyətini işğaldan azad edib və yekun sülh müqaviləsi imzalamağa çalışır. Hesab edirəm ki, tezliklə həmin ərazilər də tam olaraq Azərbaycanın nəzarətində olacaq. Orada yaşayan ermənilər də bizim vətəndaşlarımızdır, başqa cür ola bilməz. Bu cür məsələlərdə siyasi səbəblər axtarmaq, kimisə günahlandırmaq istiqamətində addımlar atmaq doğru deyil”.  

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR