Azərbaycanda tikinti texnikalarının icarə haqqı kəskin artıb" - AÇIQLAMA

10 noyabr, 2021 14:01

"Tikinti avadanlıqlarının qiymətinin gələn ilin mart ayında qalxacağını proqnozlaşdırırıq. Bunu indidən də görmək olar". 

Bu barədə FED.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, «Vecon Consulting» qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib.

Ekspertin sözlərinə görə, Qarabağda tikintilərin aparılması üçün yaranmış tələbat faktoru tamamilə ödəniləcək:

«Hazırda müxtəlif ağır və digər texnikaların (betontökmə qurğularının) icarə qiymətlərində təqribən 25-35 % civarında qiymət artımının şahidi oluruq. Qiymətlərin bir qədər də artacağını gözləyirik, ciddi ciddi qiymət artımının olacağını bizim çalışdığımız avadanlıqların satışı və icarəsi ilə məşğul olan qurumlar da bildirirlər».

«Vecon Consulting»in rəhbəri bildirir ki, texnikanın icarə haqqının və qiymətinin yüksəlməsi ölkədə tikinti işlərinin artması ilə bağlıdır: «Hazırda bərpasını gözlədiyimiz ərazilər çoxdur. Bu ərazilərdə tikinti işlərinin aparılması üçün Azərbaycanda olan tikinti texnikasının sayı kifayət qədər deyil».

Texnikaya artan tələbatı qarşılamaq üçün Azərbaycan şirkətləri xaricdə bir çox istehsalçı təşkilarlar və müəssisələrlə müqavilələr bağlayırlar. Bunun nəticəsində də 2022-ci ilin əvvəllərində tikinti üçün zəruri olan texnikanın ölkəyə gətiriləcək. Bu olarsa, təbii ki, həmin texnikalar Qarabağ ərazisində yerləşən tikinti işlərinə yönəldiləcək. Hesab edirik ki, bu, tikinti və tikinti sektoru ilə əlaqəsi olan digər sahələrin (tikinti avadanlıqlarının satışı və icarəsi ilə məşğul olan sahə də daxil olmaqla) fəaliyyətində canlanma yaradacaq”.

Vüqar Orucun fikrincə, bahalaşma 2022-ci ilin aprelinə kimi davam edəcək, amma yeni texnikaların alınması və ölkəyə gətirilməsi ilə qiymətlər sabitləşəcək: «Əgər bazarda tikinti avadanlığına tələbatı milli şirkətlər ödəyərsə, nəticədə qiymətlər əvvəlcə stabil qalacaq, sonra tikinti proseslərində qiymətlərdə enmələri də görə biləcəyik».

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR