"Azərbaycanlılar kran gətiriblər, nəsə qazırlar..." - Zəngəzurun Çakaten kəndində vəziyyət

14 noyabr, 2021 12:00

Zəngəzurun hazırda Ermənistanın Qafan rayonuna aid olan Çakaten kəndi ətrafında Azərbaycan tərəfi gömrük məntəqəsi yerləşdirməyə hazırlaşır. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin yazdığına görə, kəndin ətrafında azərbaycanlılar vaqon yerləşdiriblər və onu gömrük məntəqəsinə çevirməyə hazırlaşırlar.

Çakaten kəndi Gorus-Qafan yolunun üzərində yerləşir və bəlli olduğu kimi, ötən ilin dekabrından etibarən həmin yolun bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Bir neçə gün əvvəl isə Azərbaycan tərəfi yolun Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq edib, nəticədə Ermənistan vətəndaşları artıq bu yoldan istifadə edə bilmirlər. Və Tatev kəndindən keçən alternativ, hələ hazır olmayan və yağışlı-qarlı havalarda keçilməz dağ yoluna istiqamətləniblər. O cümlədən Ermənistana yük daşıyan İran TIR-larının bir qismi bu yoldan istifadə edir və tez-tez qəzalar baş verir.

Gorus-Qafan yolu həm də qismən Zəngilan rayonu ərazisindən keçir və Çakaten kəndinin sakinləri Qafana getmək üçün bu yoldan istifadə edirlər. Kəndin administrasiyasının keçmiş rəhbəri Ara Abramyan azərbaycanlıların yolun üzərində vaqon yerləşdirdiklərini təkzib etməyib. Amma deyib ki, Azərbaycan tərəfinin məhz nə quraşdırdığını bilmir. “Onlar nəsə qazırlar, kran gətiriblər və hansısa işləri yerinə yetirirlər, amma bilmirəm ki, məhz nə edirlər”, - o bildirib.

Arutyunyan deyib ki, Azərbaycan tərəfi Çakatendən Qafana aparan yeganə yolun üstündə vaqon yerləşdiriblər və əgər onlar yolu bağlasalar kənd blokadada qalacaq. Zəngəzurun ermənilərin indi Nerkin Hand adlandırdığı kəndinin rəhbəri Xaçatur Baqdasaryan da Azərbaycan hərbçilərinin Çakaten-Qafan yolunda olduqlarını təsdiq edib. Onun sözlərinə görə, azərbaycanlılar gün ərzində kəndin 3-4 kilometrliyində intensiv iş görüblər, Baqdasaryan təxmin edir ki, bu işlər gömrük məntəqəsinin qurulması üçündür.

“Onlar ağacları kəsiblər, yolu təmizləyiblər. Yolda mən bir-iki azərbaycanlı gördüm, amma heç kim bizi dayandırmadı”, - o bildirib.

Baqdasaryan deyib ki, əgər yol bağlansa onun həmkəndlilərinin də vilayət boyu hərəkəti çətinləşəcək. Kənd sakinləri Mehridən keçib gedə bilərlər, amma bu yol yüz kilometr daha uzundur. Alternativ qrunt yol isə indi keçilməzdir, bu yolla ancaq cip-lər gedə bilər.

Çakaten kəndi Nerkin Hand kəndi ilə Qafan arasında yerləşir, hər iki kəndi Qafanla indi Azərbaycanın nəzarətində olan yol birləşdirir.

Qeyd edək ki, Azərbaycan tərəfi  ötən ilin dekabrından etibarən onun suveren ərazilərindən keçən Gorus-Qafan yolu ilə Ermənistan vətəndaşlarının hərəkətinə imkan yaratmışdı. Lakin erməni tərəfi Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələrlə ləngitməyə çalışdığı üçün görünür Azərbaycan tərəfi öz suveren hüquqlarından istifadə edərək yolun öz ərazisindən keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq etməyə qərar verib.

virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR