"Rəsmi Tehran Azərbaycana qarşı yol verdiyi yanlışdan geri dönür, amma İranın daxilindəki qüvvələr..."

16 noyabr, 2021 01:38

İran prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Tehranda qəbul edərkən ölkəsinin Azərbaycan və İranla əlaqələrini bu şəkildə dəyərləndirib:

"İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var”.

İbrahim Rəisi əlavə olaraq deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”.

Mövlüd Çavuşoğlu İran prezidentinin sözlərinə cavab olaraq Türkiyənin Tehranla əməkdaşlığı daha da artırmaqda qətiyyətli olduğunu bildirib. Çavuşoğlu eyni zamanda, Cənubi Qafqazda sabitliyin artırılması və ticarət əlaqələrinin inkişafı üçün İranla müştərək əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını bildirib. Bu görüşdən sonra bəlli olub ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın da yaxın günlərdə İrana səfəri planlaşdırır".

Bunu politoloq Elxan Şahinoğlu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun İrana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın bir neçə gün əvvəl İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşü də diqqəti çəkib:

"Görüşdən sonra səfir özünün tviter hesabında bunları yazdı: “Görüşdən, görüşməkdən məmnun oldum. Xüsusilə media və diplomatiya sahəsində nazirliklərimizin daha sıx əməkaşlığını müzakirə etdik”. İranın Azərbaycandakı səfiri iki ölkə arasındakı münasibətlərin gərgin olduğu dövrdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə də iki dəfə görüşmüşdü".

"Beləliklə, Tehran Azərbaycana qarşı yol verdiyi yanlışdan geri dönür. Biz də bunu istəyirik. Azərbaycana İranla münasibətlərdə əlavə gərginlik lazım deyil. Ancaq İranın siyasi mərkəzlərində yanlışı davam etdirmək istəyənlər var. Misal üçün İran parlamentinin Təbrizdən olan millət vəkili özünün sosial səhifəsində Azərbaycanı İkinci Qarabağ müharibəsindəki qələbə münasibətilə təbrik edib. Bundan təbii nə ola bilər ki? İranın Təbrizdən olan azərbaycanlı millət vəkili qardaşlarını sevincinə şərik olub. İran parlamentinin bir qrup millət vəkili isə təbrizli vəkili hədəf seçərək ona qarşı “Sən niyə Azərbaycanı təbrik etmisən” məntiqsiz iddialar irəli sürüb, Təbrizdən olan həmkarlarının mandatının əlindən alınmasını təklif ediblər. Belələrin məntiqinə görə təbrizli millət vəkili Azərbaycanın öz ərazisinin bərpasına sevinməməliydi. Anlamırlar ki, İran prezidenti və xarici işlər naziri yanlışdan məhz ona görə geri dönüş etdilər ki, Təbriz, Ərdəbil və azərbaycanlıların yaşadıqları digər İran şəhərlərinin sakinləri Azərbaycanın İkinci Qarabağ savaşındakı zəfərini öz zəfərləri kimi qəbul etdilər...", - deyə Elxan Şahinoğlu vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR