"Kontakt Home" "kitayski" məhsulları niyə alman brendi kimi satır? - FAKTLAR

16 noyabr, 2021 10:51

Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” uzun müddətdir müştərilərə məşhur Almaniya brendi kimi təqdim etdiyi “Hoffmann” adlı məhsullar satır.

Bu məhsulların arasında paltaryuyan, soyuducu, mobil telefon, kondisioner, kombi və digər məişət texnikaları var.

Azsiyaset.com-un məlumatına görə, yeniavaz.com xəbər verir ki, “Kontakt Home”un rəsmi veb-səhifəsində “Hoffman” (əslində brendin orjinal adının sonunda 2 “n” hərfi olmalıdı –red.) brendinin texnoloji avadanlıqlar istehsal edən Almaniya mənşəli brend olduğu qeyd olunub.

“Kontakt Home”un məlumatında qeyd olunur ki, məhsullarında daha çox müştəri məmnuniyyəti və keyfiyyətə önəm verən “Hoffman” brendi bütün dünyada və eləcə də ölkəmizdə olduqca sevilir.

Maraqlıdır ki, “Kontakt Home”un “Hoffmann” adı ilə müştərilərə təqdim etdiyi və bütün dünyada sevildiyini iddia etdiyi məhsullar dünyanın heç bir ölkəsində satılmır. “Kontakt Home”da satılan istənilən “Hoffmann” adlı məhsulu internet axtarış sistemlərində, həmçinin sosial şəbəkələrdə axtarışa versəniz qarşınıza yalnız Azərbaycan seqmentində olan saytlar çıxacaq. Yəni, “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsullar Azərbaycandan başqa dünyanın heç bir ölkəsində satılmır. Belə görünür ki, bu məhsullar yalnız Azərbaycan bazarı üçün istehsal olunur.

“Dünyada məşhur olan şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var...

“Kontakt Home”da satılan “Hoffmann” adlı məhsullarla bağlı daha bir maraqlı məqam odur ki, bu məhsulların siyahısını yalnız “hoffmann-electric.com” adlı veb-saytda yerləşdiriblər. “Kontakt Home” satdığı məhsullarda da bu veb-saytda yer alan və üzərində Almaniya bayrağının əks olunduğu loqodan istifadə edir.

Bu veb-saytın “Haqqımızda” bölməsində qeyd olunur ki, “Hoffmann” yüksək səviyyəli məişət texnikası istehsalçısı kimi bütün dünyada məşhur olan beynəlxalq şirkətdir.

Amma çox qəribədir ki, həmin saytda “bütün dünyada məşhur olan beynəlxalq şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var. Yeganə əlaqə vasitəsi e-mail ünvanıdır ki, bu da aktiv deyil. “Bütün dünyada məşhur olan beynəlxalq şirkətin” “[email protected]” adlı ünvanına məktub göndərmək belə mümkün deyil.

“Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsulların yer aldığı yeganə veb-sayt - “hoffmann-electric.com”-un qeyd olunduğu “Hoffmann Electronics” adlı “Vikipedia” səhifəsi var və bu səhifə cəmi bir il əvvəl qurulub və məlumatlar türk dilində təqdim olunur. Maraqlıdır ki, səhifədə yer alan məlumatın ilk cümləsində qeyd olunur ki, “Hoffmann” Almaniya mərkəzli istehsalçıdır. Amma, alman dilində bir cümlə də olsun məlumat yoxdur.

“Kontakt Home” məhsulun hansı ölkədə istehsal olunduğunu niyə gizlədir?

Diqqət çəkən məqamlardan biri də odur ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə (13-cü maddə) zidd olaraq “Kontakt Home”un onlayn şəkildə satışa çıxardığı “Hoffmann” adlı məhsulların əksəriyyətində istehsalçı ölkə göstərilməyib. Yalnız, bəzi məhsullarda istehsalçı ölkənin Çin olduğu qeyd olunub.

Sullara niyə cavab verilmir?

Bəs görəsən, “Kontakt Home”un məşhur Almaniya brendi kimi təqdim etdiyi və bütün dünyada sevildiyini iddia etdiyi bu məhsullar niyə Azərbaycandan başqa heç bir ölkədə satılmır?

Qeyd olunan məsələlərə aydınlıq gətirmələri üçün suallarımızı “Kontakt Home”a ünvanlasaq da, mağazalar şəbəkəsindən suallarımıza cavab verilmədi.

Onu da qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur və bu şirkətə 2020-ci ilə kimi millət vəkili Elnur Abdullayev rəhbərlik edib.

Əslində “Hoffmann” brendi nədir?

Məlumat üçün onu da bildirək ki, dünyada məşhur olan “Hoffmann” adlı Almaniya brendi var. Bu brend 1919-cu ildə qurulan və hazırda dünyanın 50-dən çox ölkəsində, ümumilikdə 69 nümayəndəliyi və distribütoru ilə fəaliyyət göstərən “Hoffmann Group” adlı şirkətə məxsusdur. “Hoffmann Group” adlı şirkət əsasən inşaat sektorunda istifadə olunan alətlər istehsal edir.

Bu şirkətin rəsmi veb-səhifəsində istehsal etdiyi məhsulların siyahısı var və onların arasında “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsulların (telefon, paltaryuyan və s.) heç biri yoxdur.

Sonda, yanlış məlumat verərək müştərini çaşdırmağa çalışmaq “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə görə qanun pozuntusu hesab olunur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR