"Ermənistan bu təxribatlarla heç nə əldə edə bilməyəcək, uduzacaq..." - VİDEO

17 noyabr, 2021 18:59

"Ermənistan bu davranışı ilə heç nə əldə edə bilməyəcək, uduzacaq".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynin xarici işlər naziri Abdullatif bin Raşid Alzayani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycan 30 ilə yaxındır işğal altında qalan torpaqlarını 44 gün içərisində geri aldı. Bununla da türkün gücünü və qətiyyətini göstərdi. Azərbaycan yalnız deyil və olmayacaq. Öz torpaqlarını geri alan Azərbaycanın atdığı addımlara baxaq. Hazırda çox əhəmiyyətli layihələr həyata keçirirlər. Azərbaycanın Ermənistana əhatəli sülh müqaviləsi təklif edir. Qalib tərəf məğlub tərəfə deyir ki, gəl, sülh müqaviləsi bağlayaq ki, bir daha aramızda münaqişə olmasın. Ermənistan isə bunlara məhəl qoymayaraq Azərbaycana hücumlar edir. Onlar Azərbaycan torpaqlarında terror hücum həyata keçirir", - o deyib.

M.Çavuşoğlu vurğulayıb ki, Ermənistan Azərbaycanla sərhəddə təxribatları yenə davam etdirir: "Bu iki yanaşma arasında çox ciddi fərq var. Bu, Ermənistan üçün heç bir nəticə verməyəcək. Bölgənin sabitliyi üçün əməkdaşlıq etmək istəyirik. Biz bunları söylədiyimiz halda, Ermənistan bunları qəbul etmir, qarşılığında nə istədiyini də bildirmir. Buralar Azərbaycan torpağı idi və həmin əraziləri də işğaldan azad etdi. Ermənistan bu cür təxribatlarla nəticə əldə edilə bilməz, yalnız uduzar. Bir tərəfdən əsirlərin verilməsi üçün yalvaran Ermənistan beynəlxalq ictimaiyyəti də çətin vəziyyətə salmağa çalışır. Digər tərəfdən də Azərbaycan hərbçilərinə hücum edir. Onlar bizim də qardaşlarımızdır".

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR