Azərbaycan-Ermənistan sərhədindəki atışma... - Dünyadakı analoji hadisələr

18 noyabr, 2021 13:01

Noyabrın 16-17-də Ermənistan silahlı qüvvələrinin Laçın-Kəlbəcər və Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atşə tutması ölkə gündəminin manşetini tamamilə dəyişib.

Sosial şəbəkələr vasitəsilə insanların ünvanladığı əsas suallar isə bunlardır: Əgər müharibə bitibsə, o zaman sərhəddə niyə atışma var, Ermənistan niyə ordumuzun mövqelərini atəşə tutur?

İlk baxışdan haqlı suallardır... Amma nəzərə almaq lazımdır ki, Qarabağ bir il bundan əvvələ qədər işğalda saxlanılan münaqişə zonası idi və 30 il ərzində burada yerləşən terrorçu qruplaşmaları Ermənistan himayə edirdi. Heç şübhəsiz, müharibə bitib, amma Ermənistan ordusu siyasi rəhbərliyin sifarişləri ilə terrorçu missiyasını yerinə yetirməkdə davam edəcək. Dünyada belə nümunələr çoxdur. Müxtəlif sivil dövlətlər sərhədlərindəki təxribatlardan əziyyət çəkir.

Məsələn, Türkiyə... Azərbyacan mediasında da tez-tez belə xəbərləri oxuyuruq: “Türkiyə şəhid verdi”. Türkiyənin İraq və İranla sərhəddində terrorçu PKK təşkilatının üzvləri türk əsgərlərinin yerləşdiyi postlara hücumlar təşkil edirlər. Türkiyənin cənub-şərqində yerləşən Hakkari vilayətində Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında tez-tez atışma baş verir.

Yaxud İsrailin Fələstin və Livanla olan sərhədində baş verən silahlı insidentlər buna nümunə ola bilər. Müxtəlif silahlarla və kobud alətlərlə təchiz edilmiş qruplaşmalar İsrail polislərinin, hərbçilərinin yerləşdiyi ərazilərə mütəmadi olaraq hücumlar təşkil edirlər.

Ancaq Ermənistanın sərhəddə təxribatlar törətməsi həm də fərqli ampulada çıxış edir. Məsələ bundadır ki, 44 günlük müharibə nəticəsind Ermənistan məğlub oldu. Artıq Zəngəzur dəhlizinin açılması qaçılmazdır və günün əsas reallığıdır. Digər tərəfdən, Ermənistanın təslimçi sülhə imza atmaqdan başqa yolu qalmayıb. Sərhəddəki son təxribatlardan sonra Nikol Paşinyanın “biz sülh sazişi imzalamağa hazırıq” deməsi təsadüfi deyil. O qorxur ki, Ermənistandakı sərhəddəki təxribatları Azərbaycanın növbəti dəfə geniş miqyaslı anti-terror əməliyyatlarının başlamasına səbəb ola bilər. Ona görə də törədilən təxribatların ardınca dərhal ortaya “yumşaq” mövqe qoyur.

Heç şübhəsiz, bütün bunlar düşmənin çarəsizliyinin göstəricisidir. Arxaında görmək istədiyi dövlətlər də Ermənistanı himayə edə bilmirlər. Çünki Azərbaycan regiondan elə bir situasiya yaradıb ki, hər bir dövlət öz milli maraqları daxilində addımlar atmağa məcburdur.

Sərhəddəki təxribatların ən sərt formada qarşısının alınmasını və düşmənin xeyli sayda canlı qüvvə və texnika itirməsini “sülhə məcbur etmə” əməliyyatı kimi də qiymətləndirmək olar. Ara-sıra erməni silahlı dəstələrinin təxribatlar törətməsi gözləniləndir və təxribatların bundan sonra da baş verəcəyi istisna deyil. Ona görə də Azərbaycan ordusunun öz gücünü, imkanlarını daha da genişləndirməli, sərhəd bölgələrinə daha peşəkar hərbçilər yerləşdirilməlidir.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR