Vüqar Səfərlinin tədbirlərdən qazandığı məbləğlər açıqlanır - Şok rəqəmlər

18 noyabr, 2021 14:18

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Şahin İbrahimov ifadə verib.

O bildirib ki, 2009-2017-ci illərdə "Altun" sarayda inzibatçı işləyib: “2017-ci ildə KİVDF-nin tədbiri keçiriləndə nəzarətçi olmuşam. Vüqar Səfərli tədbirdən 2-3 saat əvvəl gəlirdi, prosesə nəzarət edirdi. Vüqar müəllim sayı deyirdi. 350 nəfərlik tədbirdə Vüqar müəllim 270 nəfər stul sifariş edirdi. Tədbir qurtarandan sonra 15-20 nəfərlik də yer sifariş verirdi, şou proqramda iştirak üçün. Tədbiri qaydasında keçirirdik. Məbləğ 39-40 min manat olurdu. 24 min xərci idi, deyirdilər, 37 min manat yaz. Biz razılaşmırdıq, keçirmirdik. Amma biz keçirməsəydik başqaları razılıq verəcəkdi. Ona görə də razılaşıb tədbiri keçirirdik. Kassaya pulu köçürdülər, sonra gəlib artıq pulu kassadan götürürdü”.

Şahin İbrahimovun sözlərinə görə, tədbirdən əvvəl KİVDF-nin nümayəndəsi gəlib şərtlərini verib menyunu razılaşdırırdı: “KİVDF nümayəndəsi deyirdi ki, biz belə istəyirik. Biz də məcbur idik ki, müştərini itirməmək üçün bunu edək. Məclisin keçirilməsi üçün tender elan edirdilər, biz qalib olanda məclisi biz götürürdük. Məclisin xərci hesaba köçürülürdü. Sonra Vüqar müəllim gəlib artıq qalan pulu kassadan alırdı”.

“Xəmsə” şadlıq sarayının icarədarı Bəxtiyar Fətullayev bildirib ki, 2019-cu ilin sonu tenderin elan olunması barədə məlumat alıb:

“Tədbir dekabrın 26-na təyin edildi. KİVDF-nin nümayəndələri gəldilər, müqavilə bağladıq. Müqavilədəki bütün öhdəlikləri yerinə yetirdik. Bir gün əvvəldən zala məclis salmağa qoymurdular. Həmin gün televiziya çəkilişləri üçün aparatları bir gün əvvəl yerləşdirdilər. Bütün işləri sənədləşmə ilə aparırdıq.

Tenderdə iştirak üçün 420 manat cibimdən ödəyib qatılmışam. Tədbiri 420 nəfərlik hazırlatdırırdılar, adam gəlirdi 500 nəfərlik. Onu yola verirdik. Əlavə içkilər sifariş edirdilər, menyuda olmadığı halda təşkil edirdik. Qazancımız yalnız reklam idi. Saytlar, televiziyalar çəkib reklam edirdilər. Nə tədbirdən əvvəl, nə də sonra Vüqar Səfərli ilə heç bir kontaktı olmayıb. Mən ona tədbirdən sonra heç bir məbləğ geri qaytarmamışam. Tədbirdən sonra 8 faizi geri qaytarırdıq”.

Növbəti proses noyabrın 23-də davam edəcək.

İttihama görə, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medai İnkişaf Agentliyi zərərçəkmiş qismində tanınıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR