"Deputatların arasında da səviyyəsiz danışanlar var"  - Fazil Mustafa

19 noyabr, 2021 12:31

Cəmiyyətdə deputatlara qarşı agresiv münasibət aşkar olaraq sezilir. Demək olar ki, parlamentarilərin hər çıxışı, hər təklifi süngü ilə qarşılanır. Son günlər millət vəkilləri Tahir Kərimli və Razi Nurillayevin timsalında bu bir daha müşahidə olunub. Buna səbəb nədir? Cəmiyyət deputatlara qarşı niyə xüsusi aqresiyya bəsləyir?

"Azsiyaset" xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, cəmiyyətin təkcə deputatlara qarşı deyil, özünə qarşı da açıq aqresiyyası var:

“Cəmiyyət iki yerə bölünür: tərbiyəli, düşünən və problemləri anlayan insanlar, bir də tərbiyəsizlər. Təbii ki, tərbiyəli, ağlı başında olan adamın rəyini əsas götürməliyik. Tərbiyəsiz bir söz deyirsə, bu, meyar deyil. Deputatların arasında da səviyyəli, səviyyəsiz danışanlar var. Yəni onlara eyni etalonla baxılmır. Ona görə də, bizi yalnız cəmiyyətin sağlam düşüncəli insanları bizi maraqlandırır. Cəmiyyətdə müharibənin yaratdığı stress və başqa problemlər də insanlara təsir edə bilər. Ancaq bütövlükdə, bu, deputatlara qarşı nifrət üçün əsas yaratmır. Kifayət qədər sözünü deyən, insanların faydasına mövqe bildirən və onun üçün çalışan məmurlar, deputatlar da var. Məsələyə fərdi kontekstdən yanaşılmalıdır. Bundan əlavə, cəmiyyətdə elə insanlar da var ki, ümumiyyətlə, dövlətimizi sevmirlər, başqa ölkələrin maraqlarına xidmət edirlər, xarici ölkənin kəşiyyat orqanlarını təmsil edirlər. Onlar üçün hər şey pisdir, qaramatdır”.

F.Musatafa qeyd edib ki, hər kəsə fərdi yanaşılmalıdır:

“Sadəcə cəmiyyətimizin bir boşluğu da üzə çıxır. Ölkədə fikir plüralizmi yoxdur. Bu aqressiya tarixi kökümüzlə də bağlıdır. Bütövlükdə, diskussiya yoxdur, dialoq yoxdur. Dialoq olmadığına görə ancaq güclü tərəfin fikri qəbul edilir. Məsələn, birinə deyirsən, siqaret insan sağlamığına ziyandır, deyir, sənə nə, özüm bilərəm. Sən bunu onun xeyrinə demisən, o da səndən narazıdır, indi neyləyək? Deyək ki, siqaret çəkmək yaxşı şeydir, çək?!”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR