Rusiyada kartof qıtlığı: Azərbaycandan almaq istəyirlər... - Hansı ki, bizdə də qıtlıqdır

19 noyabr, 2021 16:55

Rusiyanın kənd təsərrüfatı məhsullarının topdansatış bazarlarında kartof sürətlə bahalaşıb. virtualaz.org Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya qiymətləri MDB ölkələrindən kartof idxal etməklə azaltmağa çalışır. 

Kənd təsərrüfatı üzrə ekspertlər hesab edirlər ki, ərzaq bahalaşması fonunda bir çox ailələrdə kartof əsas ərzaq növünə çevrilib. Üstəlik, məhsul Rusiyanın milli mətbəxtinin populyar yeməyi olan “borş dəstinə” daxildir. Yerli mətbuat ölkənin kənd təsərrüfatı nazirinin müavini Oksana Luta istinadən xəbər verir ki, qiymət artımının qarşısını almaq üçün MDB ölkələrindən kartof idxal edilməsi nəzərdə tutulub. Rəsmi məlumatda qeyd edilir ki, son bir ildə kartofun topdansatış qiyməti 70 faiz, kələm 70 faiz, kök isə 44 faiz bahalaşıb.

Qiymət artımının səbəblərindən biri hava şəraitinin məhsul yığımında yaratdığı çətinliklərdir. Yağışlı hava məhsulun saxlanılmasına da mənfi təsir edir – nəmişlikdən məhsul çürüyür, xarab olur. Rusiyada kifayət qədər meyvə-tərəvəz anbarlarının olmaması da ayrıca problemdir. Məlumatlarda qeyd edilir ki, Həştərxan vilayətində də sakinlər kartofun ilboyu bahalaşmasından, hazırki qiymətlərdən şoka düşüblər. Baxmayaraq ki, Həştərxan regionunda böyük həcmdə kartof istehsal edilir. Məlum olub ki, istehsalçılar məhsulun əsas hissəsini emal və qablaşdırmaq üçün digər regionlara satırlar, məhsul qablaşdırılandan sonra vilayətin marketlərinədə bir neçə dəfə baha satılır. Mətbuat ekspertlərə istinadən Rusiyanın Azərbaycan və Belarusdan kartof alacağını yazıb.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə virtualaz.org-a bildirib ki, Azərbaycandan faraş kartof ixrac edilir və hər il ixrac genişlənir. Ancaq payızlıq, köhnə kartof ixracı üzrə potensial növbəti illərdə yarana bilər. “Kartof istehsalının həcmi indiki ilə müqayisədə 25-30 faiz artandan və soyuducu anbar infrastrukturu qurulandan sonra payızlıq kartofun ixrac potensialı yarana bilər. Biz bunu növbəti 3-5 il ərzində gözləyirik”, - mərkəz direktoru deyib.

F.Fikrətzadə mövsümdə regionun kartof bazarında müşahidə olunan trendləri də açıqlayıb. Müsahibimizin sözlərinə görə, sentyabrın ortalarından Rusiya bazarlarında təklifin azalması ilə bağlı kartofa tələbin kəskin artması sonrakı dövrdə, demək olar ki, bütövlükdə region bazarında tarazlığı pozub. Leysan yağışların yığımı çətinləşdirməsi, digər tərəfdən, topdansatış şirkətlərinin keyfiyyətli kartofu saxlamaq üçün iri partiyalarla alması, həmçinin saxlama yerləri olan fermerlərin məhsulu satmağa tələsməməsi yerli bazarda qiymətləri kəskin şəkildə bahalaşdırıb.

Oktyabrın ilk günlərində kartofun qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə baha – kilosu 0.50 dollara satılıb. Digər tərəfdən, Rusiya bazarındakı bu vəziyyət artıq “domino effekti” yaradıb və həmin vaxt Belarus və Qazaxıstanda da qiymətlər rekord həddə bahalaşıb. Belarusda tərəvəz hiperinflyasiyası baş verib, ölkə ilk dəfə yığım dövründə kartof idxal etməyə başlayıb. Rusiyaya ixracı azaldan Belarus Ukraynadan hələ də az da olsa kartof idxal edir. Qazaxıstan isə 2021-ci ilin yanvar-avqust aylarında kartof ixracının həcmini 2 dəfə azaldıb, eyni zamanda idxalı 2.6 dəfə artırıb. Rusiya və Qazaxıstan bazarındakı vəziyyət, öz növbəsində, Özbəkistan bazarına təsirsiz qalmayıb. Ukrayna kartofun bahalaşmasını isə həm məhsulun keyfiyyətinin aşağı olması, həm də bu dövrdə qiymətlərin xeyli yüksək olduğu Balkan ölkələrinə ixracın artması şərtləndirib. Eləcə də oktyabrın əvvəlindən Gürcüstanda kartofun qiyməti yüksəlməyə başlayıb. Bu, ixracın həddindən çox artımı ilə əlaqələndirilir. Gürcüstanda kartof hazırda mövsümün bu dövrü üçün son illərin maksimum qiymətinə - 0.35 dollar/kq-a təklif olunur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur.

Regiondakı vəziyyət Azərbaycan bazarına da öz təsirini göstərib, qiymətlər 2019-cu il səviyyəsini belə keçib. Halbuki, cari ilin 9 ayında Azərbaycanda kartof istehsalı 3.6 faiz artıb. Fikrətzadə hesab edir ki, son günlərin trendi əsasında demək olar ki, bundan sonra region bazarında kartofun qiymətində stabillik yaranacaq.

virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR