Atasına qızıldan heykəl qoyduran icra başçısının ərəb turistlərlə sərgüzəştləri - DETALLAR

01 dekabr, 2021 13:57

Rüstəm Xəlilov ismi Azərbaycan cəmiyyətinə bir o qədər də tanış deyil, baxmayaraq ki, o, III çağırış Milli Məclisin deputatı kimi mandat da almışdı. Əslində Milli Məclis üzvü kimi passiv fəaliyyəti nəzərdən qaçmayan R.Xəlilov yalnız bircə dəfə ictimaiyyətin nəzər nöqtəsinə çevrilə bilmişdi. Onu da Sabirabad rayonunda atası Gülabba Xəlilova qızıldan heykəl qoydurmaqla... Bu gün R.Xəlilov icra başçısıdır, o, 2019-cü il dekabrın 4-dən Hacıqabul Rayon İcra hakimiyyətinə rəhbərlik edir.

Bəs R.Xəlilov niyə diqqətimizi çəkdi? Həm deputat olduğu müddətdə, həm də indiki dövrdə cəmiyyətdən gizlənməyi xüsusi peşəkarlıqla bacaran R.Xəlilovun adı olduqca maraqlı proseslərdə çəkilir. 
 
Məsələn, redaksiyamıza daxil olan məlumatda göstərilir ki, R.Xəlilov kürəkənlərinə məxsus şirkətləri dövlət tenderlərinin qalibi elan edir. Xüsusilə də, Hacıqabul rayon icra hakimiyyətinin, ayrı-ayrı qurumların elan etdiyi tenderlərin əsas qalibləri məhz R.Xəlilovun kürəkənlərinə məxsus şirkətlərdir. Qeyd edək ki, R.Xəlilovun 4 kürəkəni var, oğlan övladı olmadığına görə, o, özünün "biznes-ticarət" resurslarını da kürəkənləri, digər yaxınları vasitəsilə formalaşdırır. Həmin tender şirkətləri ilə bağlı redaksiyamızda ilkin məlumatlar olsa da, məsələni tam araşdırandan sonra yenidən bu mövzuya qayıdacağıq. 

Başqa bir maraqlı məlumata diqqət edək. Yadınızdadırsa, bu ilin mart ayında ərəb turistlərin Qax Dövlət Təbiət Yasaqlığında ov etməsi, nadir quşları ovlaması, bundan əvvəl isə Acınohur çölündə göyərçinləri dronlara bağlayaraq, özlərinin bəslədikləri ov şahinlərinin yeminə çevirmələri ciddi ajiotaja səbəb olmuşdu. Ərəb turistlər bu qanunsuz ov əməliyyatlarını Hacıqabul rayonunda da həyata keçirmişdilər.

Azsiyaset.com saytında ərəb turistlərin ölkəyə səfərini təşkil edən məmurlar haqqında dəfələrlə məqalələr də dərc olunub. Şəbəkə halında birləşən bir sıra məmurlar yüksək qazanc əldə etmək məqsədilə ərəb turistləri ölkəmizə gətirir, onların qanunsuz ov etmələrinə şərait yaradırlar. Məsələ bundadır ki, ərəb turistlər qanunsuz hərəkətləri Hacıqabul rayonunda dəfələrlə aşkarlanıb. Bildirilir ki, ərəb turistlərə qanunsuz ov etmələri üçün şərait yaradan məmurlar içərisində icra R.Xəlilovun da var. Adi bir sual bir çox qaranlıq məqamlara işıq salır. İcra başçısının icazəsi olmadan Hacıqabul rayonunda ov tədbirləri təşkil oluna bilərdimi? Əlbəttə ki, xeyr! O zaman xəbəri olubsa, icra başçısı nə üçün bunun qarşısını almayıb? Əgər qarşısını almayıbsa, deməli, burada iki ehtimal önə çıxır: birincisi, o, ya ərəb turistlərlə "anlaşıb", ikincisi, ya da yuxarıdan gələn hansısa zənglə bu qanunsuzluğa göz yumub. Hər iki halda əsas məsuliyyət sahiblərindən biri də məhz R.Xəlilovdur. Çünki söhbət Azərbaycan təbiətinin və ovlanması qadağan olunan heyvanların məhv edilməsindən gedir. Hər halda bütün Azərbaycan cəmiyyəti üçün həssas bir nöqtəyə çevrilən ərəb turistlərin təbiətimizi məhv etməsi prosesinin bir nəticəsi olmalıdır. Bu məsələdə günahı olan, vasitəçi kimi iştirak edən hər bir məmur məsuliyyətə cəlb edilməlidirlər. Elə redaksiyamızda olan məlumata görə,müəyyən bu məsələdə işbirliyi olan hər bir məmurla bağlı ciddi tədbirlər görüləcək. Çünki təbiətin qorunması hər birimiz üçün, xüsusilə də, Ölkə rəhbərliyi üçün olduqca həssas məsələdir. 

Bir məsələyə də xatırlatma üçün toxunaq. R.Xəlilov özünün "Google"-dakı Vikipediyasında - tərcümeyi-halında dəyişiklik etsə, daha yaxşı olar. Məsələn, R.Xəlilovun vikipediyasının "Fəaliyyəti" bölməsində "siyasətçi" olaraq qeyd edilir. Ancaq o, 2014-cü ildə KİV-lərə verdiyi müsahibədə qeyd edir ki, "siyasətin iki yox, min sifəti var, mən özümü siyasətçi hesab etmirəm...".   

Azsiyaset.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR