Helikopter qəzası haqda rəsmi məlumat niyə gec açıqlandı? - Prezidentin köməkçisi açıqladı

02 dekabr, 2021 13:49

“Azərbaycanda dövlət səviyyəsində kommunikasiya məsələlərinə böyük əhəmiyyət verilir”.

Azsiyaset.com-un APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 30-da baş vermiş helikopter qəzası barədə rəsmi məlumatın gec açıqlanması barədə suala cavabında bildirib.

H.Hacıyev bildirib ki, ictimaiyyətin vaxtında operativ məlumatlandırılması istiqamətində zəruri səylər göstərilir:

“Müharibə dövründə olan təcrübəmiz, Silahlı Qüvvələrin fəaliyyəti ilə əlaqədar məsələlərlə bağlı dövlət kommunikasiyasının həyata keçirilməsi tədbirlərinin təcrübəsi də bunu göstərir. Bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur. Ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa insanların adı verilir. Bu, ailələr üçün travma ola bilər. Bəlkə ad, təvəllüd düzgün verilməyib? Bəlkə də faciənin iştirakçısı olmayan insan haqqında məlumat verilib? Bunun ailələr üçün böyük travma ola biləcəyini nəzərə almalıyıq. Həm də ictimaiyyəti çaşdıra bilər. Bir tərəfdən başa düşürük ki, aidiyyəti qurumlar tərəfindən operativ kommunikasiyanın həyata keçirilməsi, ilkin məlumat formasında olsa da kommunikasiyanın təmin olunması vacib şərtdir. Digər tərəfdən, ictimaiyyət olaraq strateji səbir göstərməyimiz vacib hallardan biridir. Bu xüsusda qeyd etmək istəyirəm ki, Azərbaycan mediası tərəfindən peşəkarlıq göstərildi. Media tərəfindən dəqiqləşdirilməmiş məlumatların verilməsinin qarşısı alındı. Amma sosial media məkanında təəssüf ki, bunun şahidi olmadıq. Cəmiyyət olaraq, media məkanında fəaliyyət göstərən insanlar olaraq, bu məsələlərə maksimum həssas yanaşmamız vacibdir”.

Prezidentin köməkçisi helikopter qəzasında şəhid olan hərbçilərin ailələrinə bir daha başsağlığı verib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR