Yalançı, dələduz, nüfuzu olmayan adam Azərbaycanda 3 dəfə deputat ola bilərdi? - Mərhum Rafael Cəbrayılovun həyat yoldaşı

03 dekabr, 2021 01:31

Həbsdə olarkən koronavirusdan ölən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhum deputatın hüquqi varisi qismində onun dul həyat yoldaşı Aidə Cəbrayılova vəsatətlə çıxış edib. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını və qaynı Elşən Cəbrayılovun istintaqa cəlb olunmasını istəyib.

"Mənim yoldaşım Milli Məclisin 3 çağırış deputatı olub. Yalançı, dələduz, cəmiyyətdə ictimai nüfuzu, etibarı olmayan insan 3 dəfə deputat ola bilməzdi. Əminəm ki, Rəfael Cəbrayılov dələdzuluq etməyib. Baxmayaraq ki, ona bu cür ağır ittihamlar verilib. Götürülən pulları Rəfael Cəbrayılov mənimsəməyib. Qardaşı Elşən Cəbrayılov həmin müəssisənin direktoru olan dövrdə pul vəsaitlərini mənimsəyib, qardaşını ağır vəziyyətə salıb", - A.Cəbrayılova belə deyib.

O bildirib ki, mərhum həyat yoldaşı məhkəmə dövründə 18 vərəqdən ibarət vəsatət verib. Həmin vəsatətlər araşdırılmadan rədd edilib: " Bunlar ittihama təsir edən amillərdir. Həyat yoldaşım maliyyə problemlərinin yaranmasının səbəbi kimi qardaşı Elşən Cəbrayılov olduğunu göstərib. Elşən müəssisənin təsisçisi və direktoru olan dövrdə öz qardaşının pul vəsaitlərini mənimsəyib və onu çətin vəziyyətə salıb. Özü isə Türkiyədə, Macarıstanda tikinti işləri ilə məşğul olub. Elşən müqavilələrin şərtlərini pozub, qeyri-yaşayış sahələrini satıb".

A.Cəbrayılova cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Bildirib ki, cinayətin əsas iştirakçısı Elşən Cəbrayılov olsa da məsuliyyətdən kənarda qalıb. Bu isə işin ibtidai istintaqa qaytarılmasına əsas verir. Ona görə də cinayət işi istintaqa qaytarılmalıdır.

Zərərçəkmiş Sülhiyyə Məmmədova vəsatətin təmin olunmasını istəyib:" Korrupsiya İdarəsində Elşənin adını çəkdim, amma onu istintaqa cəlb etmədilər. Pulun alınmasında, orderin verilməsində Elşən iştirak edib. Elşənin arxasında kim dayanır bilmirəm".

R.Cəbrayılovun vəkili olmuş Tərlan Azayev da işin ibtidai istintaqa qaytarılması tələbini dəstəkləyib: "Mən son vaxtlara kimi Rəfael Cəbrayılovun vəkili olmuşam. Zərərçəkmişlər hamısı deyir ki, Elşən Cəbrayılov istintaqa cəlb olunmalıdır. Bunu istintaq zamanı niyə demirdilər? İndi məhkəmədə deyirlər. Rəfael Cəbrayılov rəhmətə gedəndən sonra bunu tələb edirlər. Biz bunu əvvəldən deyir, tələb edirdik. Vəsatət təmin olunsun, istintaqa qaytarılsın".

Zərərçəkmiş Sülhiyyə Məmmədova əlavə olaraq deyib ki, qeyri-yaşayış sahəsi almaq üçün 192 min 500 dollar verib:" Elşəni tapa bilmirdim. Nə vaxt getsəm Türkiyədə olduğunu deyirdilər. Növbəti dəfə gedəndə gördüm ki, bacısı oranı satışa çıxarıb".

Məhkəmə prosesi dekabrın 16-da davam edəcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR