Prezidentin addımları necə sabotaj olunur? - Ata tender keçirir, oğul qazanır...

03 dekabr, 2021 10:58

Azərbaycanda tenderlərin, dövlət satınalmalarının korrupsiyanın ən geniş yayıldığı sahə olaraq qaldığı heç kimə sirr deyil. Artıq vəziyyət o yerə çatıb ki, məmurlar birbaşa öz ailə üzvlərinə şirkətlər açıb, açıq şəkildə tenderləri onlara qazandırmaqdan və bununla da külli miqdarda dövlət vəsaitlərini mənimsəməkdən belə çəkinmirlər.

"Azsiyaset" xəbər verir ki, yerli KİV-lərdə “Azergold” QSC-dəki tenderlərlə bağlı maraqlı məlumat dərc olunub.

Həmin məlumatda “Azergold” QSC-nin sədri Zakir İbrahimovun öz oğlu Zaur İbrahimə dəyəri milyonlarla manatla ölçülən tenderlər qazandırmasından söz açılır. 

Məlumatda deyilir ki, Zaur İbrahim hazırda atasının rəhbərlik etdiyi “Azergold” QSC-nin tenderlərini qeyri-qanuni yollarla əldə edən “AZCD Group” QSC-yə rəhbərlik edir:

“O, Britaniyada ali təhsil aldıqdan sonra 2019-cu ildə Bakıya qayıdır və bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayır... 

Bundan sonra atası Zakir İbrahimov bir şirkət (“Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir, “Azergold” QSC-nin tenderlərini müxtəlif üsullarla həmin şirkətə ötürür və bu mexanizmlə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar. Bu yolla bir müddət külli miqdarda pul qazansalar da, Zaurun səriştəsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər...”

Məlumatda deyilir ki, Zaurun şəxsi keyfiyyətləri götürülən işlərin keyfiyyətli şəkildə və vaxtında yerinə yetirilməsinə imkan verməyib. Buna baxmayaraq, “Azergold” Zaura aid şirkətlə işləməkdə davam edib:

“Bu uğursuz layihə ilə yanaşı yenə Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş “Çinar İnşaat” MMC-yə təzyiq edərək 2 binanın 2 milyon manatlıq tikintisini “Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır, binaların tikintisi yarımçıq saxlanılır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və ona “gözün üstündə qaşın var” deyən olmur. 

Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə “Buta Construction” QSC-nin adını dəyişərək “AZCD Group” QSC (https://www.azcdgroup.com/en) edirlər. Ofisin ünvanını dəyişirlər, amma əməllər dəyişmir. Şirkətin adı dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə “Azergold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,859 (iyirmi iki milyon üç yüz yeddi min qoqquz yüz qırx beş) manat olan Tülallar-Çovdar avtomobil yolunun inşası tenderini bir çox köklü, beynəlxalq və “AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etməsinə baxmayaraq, nə hikmətdirsə, yenə Zaur İbrahimin “AZCD Group” şirkəti qazanır.”

Beləliklə də, məlum olur ki, nəticədə sözügedən şirkət bir il ərzində“Azergold” QSC-nin ümumi dəyəri 30 milyon (!) manatdan çox olan 3 layihəsini “qazanıb”.

Məlumatda Z.İbrahimin kübar həyat tərzi keçirməsi, işçiləri tez-tez təhqir etməsi və s. bu kimi şəxsi keyfiyyətlərindən də bəhs olunur. Hətta bildirilir ki, onun xalasının əri Azərbaycandakı ən böyük nazirliklərdən birinə rəhbərlik edir və o da bu qohumluqdan hər yerdə ağız dolusu söhbət açmağı çox sevir...

Lakin burada əsas məsələ kiminsə şəxsi keyfiyyətlərindən, qohumluq əlaqələrindən daha çox dövlət orqanlarının, nazirliklərin, şirkətlərin, QSC-lərin və s. qurumların tenderlərinin açıq bazara, qohum-əqrəba biznesinə, nəhayət, dövlət vəsaitlərinin talanması mənbəyinə çevrilməsidir. 

Xatırladaq ki, ölkə başçısının da dəfələrlə tenderlərin və dövlət satınalmalarının korporativ maraqlara xidmət etməsi və buradakı korrupsiya halları barədə açıqlamaları, tənqidləri olub. Lakin belə görünür ki, Azərbaycanda bu sahədə səliqə-səhman yaratmağa tələsən yoxdur və bu gedişlə hələ xeyli müddət büdcə vəsaitlərinin tender adı ilə talanması prosesi davam edəcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR