"Ermənistanda klanlar terror fəaliyyətinə keçə bilər"  - Türkiyəli politoloq

03 dekabr, 2021 14:23

Təhlükəsizlik üzrə ekspert, Türkiyənin Bahçeşehir Universitetinin müəllimi Abdullah Ağarın yenisabah.az-a müsahibəsi:

- Azərbaycan Ermənistana dəfələrlə sülh müqaviləsi təklif etsə də, Ermənistanda hələ də revanşist əhval-ruhiyyə hakimdir. Sizcə, bunun səbəbi nədir, İrəvan məğlubiyyətini niyə həzm etməkdə çətinlik çəkir?

- Azərbaycan ordusu Ermənistan ordusunun belini qırıb zəfər əldə etdi. Lakin müharibənin 44-cü günündə Rusiyanın araya girməsi, müharbəyə müdaxilə etməsi və atəşkəs bəyanatı imzalatmasa, Ermənistan bir daha təhdid dilində danışmazdı. Bu “iradəni” bir sıra ölkələr “qidalandırır”. 

Digər tərəfdən, ermənilərdə yüz illərlə yığılmış tarixi kin var. Uşaqlarını da bu cür  yetişdiriblər. İndi ermənilərin intiqamçı hisslərdən, Ermənistanın intiqamçı siyasətdən vaz keçməsini gözləmək doğru deyil. Bəlkə, şərtlər onları vaz keçmiş kimi göstərəcək, amma bunun ortadan qalxması üçün ya müharibə etmə əzmləri və iradəsi tamamilə qırılmalı, ya da “soyuma müddəti”ni gözlənilməlidir. Bəlkə də, bu, illərlə davam edəcək.

Həmçinin, məsələnin digər tərəfi, Ermənistanın daxilində radikal millətçi kütlənin və klanların varlığıdr. Onlar bu intiqamçı hisslərdən, siyasətdən bəslənir və bunu ayaqda saxlamağa çalışırlar. Onsuz da Ermənistan türk düşmənçiliyi üzərinə qurulan bir dövlətdir. 

Məsələyə bu nöqtədən baxmaq və daha doğru mühakimə yürütmək, yəni gerçəkçi olmaq lazımdır. Ermənistan uzadılan əli tutarsa, qazanacaq, amma vaz keçərsə, açığı, bu hisslərlə varlığını davam etdirməyə çalışacağını düşünürəm.

- Əgər iki ölkə arasında nəhayət, sülh müqaviləsi imzalanarsa, qarşı tərəfdən təhdid gözləməməməliyik?

- İki ölkə arasında həqiqi mənada dövlət iradəsinin təzahürü olaraq hər hansı bir sülh sazişi imzalanarsa və erməni dövlətinin məkrli niyyəti yoxdursa, təhdid olmayacaq. Amma ikibaşlı oyun oynayırsa... Bu razılaşmadan məmnun olmayan, dövlətiçi bəzi güc mərkəzləri terrordan və s. istifadə edə bilər. Onsuz da bunu hazırda görürük, çünki bəzi dövlət, xarici aktorlar və ya terror təşkilatları Ermənistanın içində paramilitar qruplar yaradıb. Yəni güc mərkəzləri, klanlar və ya “Böyük Ermənistan” ideyasına sahib olan radikal millətçilər terror fəaliyyətinə keçə bilərlər. Bunu heç bir zaman unutmamalıyıq.

- Sizcə, sülh prosesi danışıqlarını vasitəçilər olmadan davam etdirmək mümkündürmü?

- Vasitəçiliyin əsas prezumpsiyası budur ki, onu həyata keçirənlər fərdi mənfəət güdmürlər. Amma vasitəçilərin bilinən və yaxud bilinməyən bir sıra mənfəətləri varsa, sözsüz ki, bu, artıq gerçək vasitəçilik deyil. Bir sıra həssaslıqlar olduğu üçün vəziyyəti ümumən bilirik, amma açıq danışmırıq. Yəni iki ölkə vasitəçisiz də razılığa gələ bilər. Azərbaycan və Ermənistan müharibədə əsas kartlarını açdılar. Bu savaşa müdaxilə olmasaydı, daşlar daha rahatlıqla yerinə oturardı. Amma müdaxilə olduğu üçün bir çox şeyləri danışmaq məcburiyyətində qalırıq. Güman edirəm ki, bir az öncə əsas prezumpsiyanı söyləyərkən məqsədim anlaşılıb. Yəni ölkə adı çəkməkdən danışdım. Təəssüf ki, Qarabağ mövzusunda vasitəçilik edən dövlətlərin mənfəət güddüyünü görürük. Həm də öz hegemonluqlarını davam etdirmək istəyirlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR