Fərid Qayıbov islahatları davam etdirməlidir - Nazirlikdəki dəyişiklilər kimləri narahat edir?

03 dekabr, 2021 16:17

Bayram Nurlunun pulu ilə Həcc ziyarətinə gedən insanlar Marina Vasileyanı niyə qəbul etmir? Yaxud... Bu ölkədə Bayram Nurlu ilə şəkil çəkdirən, ondan aylıq çörək pulu alan  kişilərin sayı M.Vasileyaya etiraz edənlərin sayından min dəfə çoxdur.

Samiraldo ilə foto çəkdirmək üçün böyük bir izdiham yaradan insanları M.Vasileya kimi bir peşəkarın nazir müavini təyin olunması niyə bu qədər qıcıqlandırır?

Azad Rəhimovun vəfatından sonra Gənclər və İdman Nazirliyinin fəaliyyətində yaranan durğunluq ölkə ictimaiyyətinin diqqətindən qaçmamışdı. Əgər A.Rəhimov sağ olsaydı, nazirliyin indiki fəaliyyəti hansı vəziyyətdə olacaqdı? Açığı, bununla bağlı ehtimallar da irəli sürə bilmərik. Ancaq mövcud situasiya ortada idi. Onun ölümündən sonra Gənclər və İdman Nazirliyində islahatların aparılması, ictimai reputasiyası zədələnməyən, islahatçı şəxsin nazir vəzifəsinə təyin olunması, kreslosu “betonlaşan” məmurların işdən çıxarılması, ənənəvi və yenilikçi addımlara mane olan halların aradan qaldırılması zərurətə çevrilmişdi. Belə də oldu...

Azərbaycanda müasir, çevik və milli hədəflərə hesablanan gimnastika məktəbinin formalaşmasında müstəsna xidmətləri olan şəxs - Fərid Qayıbov bu ilin sentyabr ayında Gənclər və İdman naziri vəzifəsinə təyin edildi. F.Qayıbovu “idman novatoru” kimi səciyyələndirmək də doğru olardı. Çünki o, ölkəmizdə gimnastikanın yeni relsə daxil olmasını və bu sahədə inqilabi nümunələrin yaranmasını təmin etdi. Ömrünün təxminən 20 ilə yaxın bir dövrünü bu sahənin inkişafına həsr edən gənc kadrdan söhbət gedir. Təsadüfi deyil ki, gimnastika Azərbaycanda yeganə idman növüdür ki, bu idman növünün simaları bütün yarışlarda ölkəmizi qüsursuz və axsamadan təmsil etməyi bacarıblar. Beynəlxalq idman mütəxəssislərinin Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı dediyi fikirlər də bütün bunları deməyə əsas verir.

F.Qayıbov islahatlara başlamalı idi və başladı.

Ölkə idmanının şah damarını, arteriyasını kəsən, dövlətin verdiyi imtiyazlardan özlərinə təm-təraqlı həyat şəraiti düzəldən, ölkədə gənclər siyasətinin sütunlarını darmadağın edən və “klassik”, pinti, məkrli iki şəxs - İntiqam Babayev və İsmayıl ismayılov nazir müavini vəzifələrindən uzaqlaşdırıldı. Vəzifəsindən çıxarılan İ.İsmayılovun “ömrümün sonuna qədər Prezidentin quluyam” deməsi də məkrli və bic açıqlama idi. Adam bu günə qədər dövlətdən oğurladıqlarını sığortalamaq üçün bu sözləri deyirdi. Yaxud psevdokadr İ.Babayevi düşünək, 25 il ərzində elə bir dini-siyasi cərəyan qalmadı ki, bu adamın adı hallanmasın, ölkənin gənclər siyasətinin bünövrəsini, ideoloji əsaslarını darmadağın etdi. 

Nazirlikdə baş verən təyinatlara qarşı sosial şəbəkələrdə “səlib yürüşü” başlayıb. Vəziyyət o həddə çatıb ki, Gənclər və İdman Nazirliyinə qarşı yerli-yersiz səslənməyən ittiham qalmayıb. Sanki kimsə kənardan bu prosesi idarə edir, məqsədi də nazirliyi, ölkənin gənclər və idman sahəsini, eləcə də yenilikçi komandanı gözdən salmaqdır.

Nə bilək, bəlkə elə bütün bunları işdən qovulan İ.Babayev, İ.ismayılov edir? Bəlkə elə hazırda nazirlikə oturan, amma işdən çıxarılacağını dəqiq bilən hansısa iri çaplı məmur həyata keçirir bütün bu təxribatları?!

Bəs ində baş verir?

Məlumdur ki, əslən Bolqarıstandan olan Marina Vasileya Gənclər və İdman nazirinin müavini vəzifəsinə təyin olundu. Bunun ardınca idman ictimaiyyətinin ehtiram nöqtələrindən birinə çevrilən, ictimaiyyətdə bir o qədər də tanınmayan, əslində isə uzun illərdir Azərbaycan gimnastikasını ilmə-ilmə, zərgər dəqiqliyi ilə toxuyan M.Vasileyayanın şəxsi fotoları, istirahət görüntüləri sosial şəbəkələrdə yayılmağa başladı.

M.Vasileya haqqında “küy” yaradan sosial şəbəkə fəallarının kimlərə bağlı olduğunu araşdıranda bu məkrli kampaniyanın arxasında kimlərin durduğunu da görmək mümkündür. Guya ictimaiyyət rəqs edən, qısa geyinən bir xanımı nazir müavini kimi görmək istəmir və milli dəyərlərimizə ziddir.

İndi sual edirik:

- Bayram Nurlunun pulu ilə Həcc ziyarətinə gedən insanlar Marina Vasileyanı niyə qəbul etmir? Yaxud...

- Şəhərin hansı küncündə görsələr, Samiraldo ilə foto çəkdirmək üçün böyük bir izdiham yaradan insanları M.Vasileya kimi bir peşəkarın nazir müvaini təyin olunması bu qədər qıcıqlandırır?

- Bu ölkədə Bayram Nurlu ilə şəkil çəkdirən, ondan aylıq çörək pulu alan  kişilərin sayı M.Vasileyaya etiraz edənlərin sayından min dəfə çoxdur. Heç olmasa, bunu anlayırıqmı?

Pafos, “milli cəfakeşlik” və vətənşüvənlik zamanı da deyil... İdman məntiqlə qurulmalı, inkişaf etdirilməlidir.

Məsələn, bir vacib mqəama diqqət edək. 2014-2015-ci illər Avropa Oyunları zamanı Təşkilat Komitəsinin rəhbər heyətinin əksəriyyəti əcnəbi mütəxəssislər idi. Bəs onlar olmasa idi, nə edəcəkdik?

Qeyd edək ki, M.Vasileya bu günə qədər gimnastika yığmasının baş məşqçisi idi. Yeni işi ilə bağlı bu vəzifədən istefa verdi. Artıq o, bütün enerjisini ölkədə təkcə gimnastikanın yox, bütün idman növlərinin inkişafına sərf edəcək. Bəs nəticə əldə edə biləcəyikmi? Bu xanım etimadı doğrulda biləcəkmi? İndidən asıb-kəsməklə nəyə nail olacağıq?

Axı bu xanıma bir dəfə etimad göstərilib və o, Azərbaycan gimnastikasını bataqlıqdan asfalta çıxarıb, gimnastikaya qələbə əzmi, müasir istiqamət və yeni nəfəs verib. Əgər etimadı doğrultmasa idi, bu başqa...

Bəlkə elə bu xanımın başqa millətdən olması çox adamı narahat edir? Amma... Arada keçmişə də baxmağı bacaraq. Vaxtilə bu ölkədə bütün sahələrə ermənilər, ruslar rəhbərlik edirdilər. Bizim bir çox insanlar hələ də onların - sovet qalıqlarının xiffətini çəkir. Bircə fərq ondadır ki, həmin vaxt işğal altında idik, istəsəydik də, bir azərbaycanlını özümüzə rəhbər seçə bilməzdik. Amma indi müstəqilik, əcnəbi də olsa, əgər bir adam mütəxəxsis kimi ölkə idmanını xilas edəcəksə, gəlsin, etsin! Yəni, bu gün bu iradənin sahibi bizik. Kimsə başımızın üstündə “Demokl qılıncı”nı fırlatmır.

Vaxtilə rəhmətlik A.Rəhimov deyirdi ki, Gənclər və İdman nazirliyinin inzibati binası 4 mərtəbədən ibarətdir, hər mərtəbədə də işçilər var. Ancaq hansısa mərtəbənin işçilərini işdən çıxarsaq, nazirlik yenə də işləyəcək. Çünki kadr yoxdur. Qısası, bizə kadr lazımdır, kadr! Bu ölkədə yaxşı polis, əla həkim, nümunəvi jurnalist, peşəkar mühəndis olmaq çox asandır, amma kadr olmaq çox çətindir.

Müəllif: Samir Feyruzov

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi