"Yaxın zamanda bütün icra başçıları vəzifədən azad oluna bilər" - İdarəetmədə yenilik gözlənilir

06 dekabr, 2021 12:49

Prezident İlham Əliyev birinci vitse-prezidentin köməkçisi Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) özünün xüsusi nümayəndəsi təyin edib. E.Hüseynov bundan əvvəl Ağdam üzrə ölkə başçısının xüsusi nümayəndəsi idi.

E.Hüseynovun idarəçiliyində olacaq Qarabağ iqtisadi rayonu prezidentin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayondan biridir. Həmin sərəncama görə, Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonları yaradılıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yeni təyinatı şərh edərkən bildirib ki, prezidentin bir rayon üzrə deyil, bütöv bir region üzrə xüsusi nümayəndə təyin etməsi yerli icra hakimiyyətlərinin ləğvini, yeni regional idarəçiliyə keçidi şərtləndirə bilər: “Yaxın zamanlarda bütün icra başçılarının azad olunmasını, əvəzində prezidentin sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional başçıların təyin ediləcəyini proqnozlaşdırmaq olar”.

O.Gündüz xatırladır ki, ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə rayonlardakı dövlət qurumlarının hamısı ləğv edilib. Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb. Ekspert qeyd edib ki, hazırda rayonlarda ənənəvi idarəetmə strukturlarından yalnız hüquq-mühafizə orqanları və icra hakimiyyətləri qalıb.

İqtisadçı Nemət Əliyev “Pressklub.az”a şərhində xatırlatdı ki, yeni xüsusi nümayəndə prezidenti Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə təmsil edəcək:

“Rayon icra hakimiyyətlərinin ləğv edilməsi və icra hakimiyyətinin iqtisadi rayonlar üzrə təşkil olunması fikri də, zənnimcə, buradan qaynaqlanır. Yeri gəlmişkən, xatırladım ki, iqtisadi rayonların yeni bölgüsü aparılarkən də bu mövzu aktuallaşmışdı. Lakin sonradan bu məsələ sanki unuduldu”.

Əliyev qeyd etdi ki, prezidentin xüsusi nümayəndəsinin səlahiyyətləri bütün Qarabağ iqtisadi rayonunu əhatə etməyəcək:

“Sonuncu bölgüyə görə, Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından ibarət tərkibdə təşkil edilib. Xankəndi, Xocalı və Xocavənd inzibati ərazilərinə hələ ki yaxın düşə bilmirik. O ərazilər rus-erməni hərbi birləşmələrinin nəzarətindədir. Şuşa şəhərini isə prezidentin başqa nümayəndəsi təmsil edir. Bərdə, Ağcabədi və Tərtər rayonlarının icra başçıları öz vəzifələrinin başındadır. Deməli, 9 inzibati vahiddən ibarət tərkibdə olan Qarabağ iqtisadi rayonunda işğldan azad olunmuş Füzuli və Ağdam rayonları qalır. Belə aydın olur ki, Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə prezidenti bu iki rayon üzrə təmsil edəcək. Hər iki rayonun bütün ərazilərində də deyil, yalnız işğaldan azad olunmuş ərazilərində! Çünki xüsusi nümayəndənin təyin olunması haqqında verilən sərəncamda məhz belə nəzərdə tutulub. Yəni xüsusi nümayəndənin səlahiyyətinin əhatə dairəsi faktiki olaraq, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş əraziləri ilə məhdudlaşır”.

İqtisadçı dediyi fikirlərə əsaslanaraq bu təyinatdan çox uzağa gedən nəticələr çıxarmağın tərəfdarı deyil. Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda idarəçiliyin necə təşkil olunması məsələsi prezidentin idarəetməyə baxışlarından asılıdır:

“Dövlət başçısı uyğun sayarsa, hazırkı formatı dəyişib, icra hakimiyyətini iqtisadi rayonlar üzrə də təşkil edə bilər. Müəyyən riskləri olsa da, iri maliyyə vəsaitlərinə qənaət edilməsi, kifayət qədər şişmiş idarəetmə aparatının unifikasiya edilməsi baxımından cəlbedici addım sayıla bilər. Nəzəri cəhətdən diqqətçəkən olsa da, indiki zamanda bu qərarın verilə biləcəyini düşünmürəm. Fikrimcə, hazırkı idarəetmə forması hələ bir müddət saxlanacaq. Yeni idarəetmə sisteminin tətbiq olunmasının ciddi əlamətləri hələ görünmür”.

İqtisadçı Rövşən Ağayev “Pressklub.az”a şərhində bildirdi ki, bu məsələ Konstitusiyaya dəyişikliklər yolu ilə həllini tapmalıdır. Onun sözlərinə görə, Konstitusiyada prezidentin səlahiyyətləri arasında belə bir strukturların yaradılması yoxdur:

“Doğrudur, orada yazılır ki, dövlət büdcəsindən yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yaradılması üçün xərclərin ayrılmasına qərar verir. Amma Konstitusiyanın 124-cü maddəsində yerli icra hakimiyyətləri haqqında danışılır, bildirilir ki, prezidentin nümayəndələri yerli icra hakimiyyətləridir. Buna uyğun olaraq yerli icra hakimiyyətləri haqqında Əsasnamə hazırlanıb. Hazırki icra hakimiyyəti bəlli bir sistemdir, yəni hazırda rayon və şəhərlərdə idarəetməni həyata keçirən qurumlardır”.

Ağayev deyir ki, regional idarəetmənin yaradılması mütləq Konstitusiyaya əsaslanmalıdır. Onun sözlərinə görə, əgər deyilən şəkildə olarsa, bu, hüquqi baxımdan doğru deyil:

“Gələcəkdə 14 iqtisadi rayona nümayəndələr təyin olunacaqsa, yerli icra hakimiyyətləri ilə onların arasında səlahiyyət bölgüsü necə olacaq? Əgər Konstitusiya dəyişikliyi aparıb, yerli idarəetmə səlahiyyətli nümayəndələrə verilsə belə, bu, yerli idarəetmənin təkmilləşdirilməsi istiqamətində ciddi addım olmayacaq. Azərbaycanda seçkili yerli özünüidarənin formalaşdırılması yolu ilə yerli idarəetmənin gücləndirilməsinə ehtiyac var. Biz ən azı Türkiyə və Gürcüstanın təcrübəsinə baxa bilərik. Hər iki ölkədə yerli idarəetmədə seçkili orqanların payı daha çoxdur. Hesab edirəm ki, Azərbaycanda da Konstitusiya islahatları aparılacaqsa, əsas güc yerli seçkili orqanlara verilməlidir. Biz hansı yolla gedəcəyik – prezidentin təyin etdiyi xüsusi nümayəndələr vasitəsilə yerli idarəetməni gücləndirmək, yoxsa seçkili orqanların səlahiyyətlərini artırıb, onlara önəm vermək? Bunlar müzakirə olunası məsələlərdir”.

R.Ağayev xatırladır ki, Gürcüstan 2013-cü ilə qədər regional səviyyədə seçkili özünüidarəyə üstünlük vermişdi. Həmin ildə aparılan islahatlardan sonra region səviyyəsində prezidentin nümayəndəsi təyin olundu və ancaq rayon səviyyəsində seçkili yerli idarəetməni saxladılar.

“Əsas məsələ odur ki, Azərbaycanda konstitusion hüquqi əsasları olmayan qurumlar yaratmaqdansa, islahatlara gedib, Konstitusiyada regional idarəetmənin necə olacağına aydınlıq gətirib, daha sonra qanunları ona uyğunlaşdırmaq lazımdır”, – deyə R.Ağayev vurğuladı.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI