Şuşanın kəndləri nə vaxt Azərbaycana qaytarılacaq?  - Açıqlama

08 dekabr, 2021 09:45

44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın böyük hissəsi işğaldan azad olundu. Lakin hələ də azərbaycanlılara məxsus olan bəzi ərazilər, o cümlədən, Şuşanın əksər kəndləri işğal altındadır. 

Şuşanın kəndləri nə vaxt Azərbaycana qaytarılacaq?

Milli Məclisin üzvü Elman Məmmədov mövzu ilə bağlı yenisabah.az-a açıqlama verib. Deputat Azərbaycana məxsus bölgələrin bir hissəsində “Artsax Respublikası” adlanan qondarma qurumun hələ də mövcud olduğunu təəssüflə qeyd edib:

“2020-ci ilin 10 noyabr bəyanatı, 2021-ci il 11 yanvar sənədi mövcuddur. Eyni zamanda bu məsələlərlə bağlı 2021-ci il noyabr ayının 26-da üç dövlət rəhbərinin iştirakı ilə bəyanat verildi. 10 noyabr bəyanatında da qeyd edilmişdi ki, Azərbaycanın bütün ərazilərindən Ermənistana məxsus silahlı birləşmələri və digər qeyri-qanuni silahlı birləşmələr çıxarılmalıdır. Bu vəzifə sülhməramlı missiyasını öz üzərinə götürən dövlətlə, Ermənistanın üzərinə düşür. Çox təəssüf ki, Rusiya və Ermənistan bu günə qədər həmin tələb və müddəalara əməl etməyiblər. Bu məsələ hər bir Azərbaycan vətəndaşını narahat edir. 44 günlük Vətən müharibəsindən sonra ərazilərimizin müəyyən hissələrində hələ də Ermənistan dövlətinə məxsus silahlı birləşmələr, müəyyən qruplaşmalar, eyni zamanda 1991-ci ildən Azərbaycan ərazisində yaradılan və bu günə qədər fəaliyyətini davam etdirən separatçı “Artsax Respublikası” adlanan cinayətkar bir qurum qalmaqdadır”.

Millət vəkili xatırladıb ki, Azərbaycan dəfələrlə həm Rusiya, həm də  işğalçı dövlət qarşısında bu məsələni qaldırıb. Onun sözlərinə görə, qondarma rejimə məxsus silahlı birləşmələri ləğv etməyin iki yolu var:

“Birinci yol odur ki, Azərbaycan sülhsevər dövlət kimi vasitəçi və işğalçı dövlətdən tələb etsin ki, ərazimizdən çıxın. Onlar bizim ərazilərdən çıxmasa, Azərbaycan suveren dövlət kimi öz ərazisini qeyri-qanuni silahlı birləşmələr və separatçı qüvvələrdən  təmizləyə bilər. Azərbaycan hərbi güc tətbiq edib, öz ərazisində antiterror əməliyyatı keçirməyə qadirdir”.

“Bu məsələdə əsas məsuliyyət Rusiyanın üzərinə düşür” - deyə, deputat bildirib:

“Yalnız Şuşanın kəndləri deyil, eyni zamanda Xankəndi şəhəri, Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonunun əraziləri də həmin separatçı qurumun nəzarətindədir. Əslində, separatçı qurumun nəzarətindədir demək o qədər də düzgün olmaz. Çünki bu gün həmin ərazilərə nəzarəti Rusiya dövlətinin hərbi kontingenti həyata keçirir. Həmin separatçı qurum Rusiya hərbiçilərinin himayəsi altındadır, sülhməramlıların razılığı ilə orada fəaliyyət göstərirlər.  Yəni bu məsələdə əsas məsuliyyət daşıyan Rusiya Federasiyasıdır. Hesab edirəm ki, Vladimr Putin öz imzasına, sözünə hörmət edən bir rəhbərdir. Bu məsələdə də nüfuzunun aşağı düşməməsi üçün imzaladığı sənədin müddəalarına əməl olunmasını tələb etməlidir. Azərbaycan 27-28 il ərzində BMT, ATƏT başda olmaqla dünyanın bütün qurumlarına, ATƏT-in həmsədrlərinə dəfələrlə demişdi ki, işğalçı dövlət bizim ərazimizdən çıxsın, əks təqdirdə biz torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik. Lakin ermənilər ərazilərimizdən çıxmadı, nəticəsi nə oldu? Azərbaycan ermənilərin təxribatına güc yolu ilə cavab evrdi, Vətən müharibəsi başladı, torpaqlarımızı işğaldan azad etdik. BMT qətnamələrini icra etdik, ATƏT-in görə bilmədiyi işi də gördük. İndi isə Rusiya və Ermənistan imzaladıqları bu tələblərə əməl etməsə, Azərbaycan özü öz ərazisini düşməndən, separatçılardan təmizləyəcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR