7 hərbçimiz 62 erməni diversantını necə əsir götürüb? - Detallar açıqlandı

09 dekabr, 2021 00:50

Azərbaycanın bir müddət əvvəl Ermənistana təhvil verdiyi keçmiş əsirlər - ötən il dekabrın əvvəlində Xocavənd rayonunda saxlanılan 62 nəfərlik diversiya-təxribat qrupunun bəzi üzvləri İrəvanda sorğu-sual ediliblər. 44 günlük İkinci Qarabağ Müharinbəsinin başa çatmasından sonra Ermənistanın Şirak vilayətindən Xocavəndə göndərilən diversantlar İrəvandakı sorğu-sual zamanı Azərbaycan əsgərlərinə necə əsir düşdüklərini danışıblar.

Adları tam olaraq açıqlanmayan 12 erməni hərbçisinin sözlərinə görə, 62 nəfərlik qrupun tərkibində Azərbaycana göndəriliblər. Xocavənd ərazisində irəliləyərkən Azərbaycan əsgərlərilə üzbəüz gəldiklərini deyən erməni hərbçilər bildiriblər ki, qarşıdakılardan təmiz rusca danışan biri narahat olmamağa, onlara yaxınlaşmağa çağırış edib: “Qarşımızda təxminən 7-8 nəfər əli silahlı dayanmışdı. İrəli gedəndə gördük ki, onlar azərbaycanlılardı”. Keçmiş əsir R.K. ifadəsində deyib ki, saxlanılarkən müqavimət göstərməyiblər. Qarşı tərəfdəkilər də zor tətbiq etməyiblər: “Bizə dedilər ki, silahlarımızı təhvil verməliyik. Növbə ilə əlimizdə olan silah-sursatı təhvil verdik, bundan sonra azərbaycanlılar əl-qolumuzu bağlayıb dedilər ki, hara aparırlarsa, biz də onlarla getməliyik. Onlar təxminən 7 Azərbaycan əsgəri və bir komandir idi”.

Digər erməni həbçi A.S. onları əsir götürənlərin Azərbaycanın “Yaşma” xüsusi təyinatlı dəstəsindən olan əsgərlər olduğunu vurğulayıb: “Biz 62 nəfər, onlar isə təxminən 6-7 nəfər olardı. “Yaşma” dəstəsinin hərbçiləri idi. Bizi saxlayandan sonra silahları və zirehli gödəkçələrimizi təhvil verdik". Sorğu-sual edilən keçmiş diversantların demək olar ki, hamısının ifadəsində “Yaşma” sözü xüsusi vurğu ilə qeyd olunub. Bu, erməni həbçilərin Azərbaycan xüsusi təyinatlılarının adından belə necə qorxduqlarını göstərir.

Xatırladaq ki, ötən il sentyabrın 27-də  başlayıb 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Rusiyanın vasitəçiliyilə 10 noyabr 2020-ci il tarixli üçrətərəfli bəyanatla başa çatıb. Atəşkəs imzalanadan sonra noyabrın 26-da Ermənistanın Şirak vilayətindən yola çıxan 62 nəfərlik qrup Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisinə gələrək, diversiya-təxribat fəaliyyəti göstərmək istəyib. Ancaq terrorçu qrup dekabrın əvvəllərində tam  heyətlə Azərbaycan tərəfində əsir düşüb. Zərərsizləşdirilən diversantların bir çoxu tərəflər arasında aparılan danışıqlardan sonra Rusiyanın vasitəçiliyilə Ermənistana təhvil verilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR