"Məndən 2 milyon alandan sonra da əl çəkmirdilər…" - Keçmiş MTN-nin terror siyasətindən etüdlər...

09 dekabr, 2021 08:45

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyevin məhkəməsində sabiq nazir Eldar Mahmudov, keçmiş Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubovun çağrılıb dindirilməsi tələb olunub.

Dekabrın 8-də Bakı Hərbi Məhkəməsində bunu tələb edən isə vaxtilə 2 ay MTN-in istintaq təcridxanasında saxlanmış Hüseyn Səfərov olub.

Şıxəliyev MTN-də onun tabeliyində işləmiş daha üç nəfərlə - İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov və Sahib Ələkbərovla birlikdə mühakimə olunur.

Heç bir təqsiri olmadan həbs olunduğunu və həbsdən buraxılmaq üçün 2 milyon dollarının alındığını deyən Səfərov məhkəmədə bildirib ki, pulu onun işini aparan müstəntiq Vüsal Ələkbərov oğlundan alıb. Bir hissəsini də özü buraxılandan sonra ona aparıb verib.

Onun sözlərinə görə, MTN-də müstəntiqlə yanaşı, baş idarənin rəisi Şıxəliyev də onunla pul söhbəti edib. Deyib ki, nazirin göstərişidir, bu qədər pul verilməlidir:

“Vüsal Ələkbərov özü deyirdi ki, aparıb Mövlam Şıxəliyevə verəcək. O pulu da Mövlam tək yeməyib, Eldar Mahmudova da çatıb. Lap tutaq ki, bunlar belə quldurluq edirdi, bəs istintaqa nəzarət orqanı olan prokurorluq hara baxırdı? Mənim həbsim üçün təqdimatı Rüstəm Usubov verib. Deməli, onlar da bunlarla əlbir olublar, mənim verdiyim puldan onlara da çatıb. Gəlsinlər, cavab versinlər”.

Qaralov, Usubov və Mahmudovun məhkəməyə çağrılması haqda vəsatət baxılmamış saxlanıb.

Zərərçəkmiş deyir ki, 2 milyonunu alıb həbsdən azad edəndən sonra da onu rahat buraxmayıblar, bahalı hədiyyələr aldırıblar.

Səfərovun sözlərinə görə, həm Vüsal Ələkbərovun özünə, həm də onun vasitəsilə Şıxəliyevə tələb etdikləri hədiyyələri alıb verib. Hədiyyələrin arasında tüfəng də olub:

“Əl çəkmirdilər, mən də məcbur olub istədiyi silahı alıb çatdırdım. Silahı Vüsalın qardaşına verdim”.

“Mənim tüfəngim sizdə niyə qalmalıdır?”

Təqsirləndirilən MTN polkovniki Vüsal Ələkbərovun qardaşı Əlvan Ələkbərov şahid qismində dindirilərkən Səfərovun ona silah verdiyini təsdiqləyib. Onun sözlərinə görə, qardaşının tapşırığıyla Səfərovla görüşüb və tüfəngi götürüb:

“Vüsal dedi ki, “get, silahı götür, Binədəki ata evimizə apar”. Çünki onların evində uşaq vardı. Mən də gedib silahı götürdüm, aparıb ata evinə qoydum. Vüsal demişdi ki, lazım olanda gəlib götürəcək”.

Zərərçəkmiş Səfərov təqsirləndirilən polkovnikdən silahın geri qaytarılmasını tələb edib:

“Ya tüfəngi verin, ya da pulunu ödəyin. Mənim tüfəngim sizdə niyə qalmalıdır?”

Ələkbərov Səfərova heç bir cavab verməyib.

Sabiq MTN-çilərin işi üzrə araşdırmalar davam edir.

Xatırlatma

General Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı.

Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələbetmə, rüşvətalma və başqa əməllərdə suçlanaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı.

Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, bir sıra sahibkarlar da var.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib.

Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxıldı. Natəvan Mürvətovaya isə şərti cəza təyin edildi.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi 5 nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR