Saatlı RİH Qarabağ qazisi ilə bağlı yayılan videogörüntülərə aydınlıq gətirdi

09 dekabr, 2021 14:57

Sosial şəbəkələrdə Qarabağ qazisi, Saatlı rayonu Mustafabəyli kənd sakini Əliyev Hüseyn Siran oğlunun çətin mənzil şəraiti ilə bağlı video yayılıb. Görüntülərdə iddia olunur ki, Əliyev Hüseynin evi sökülüb və ona yeni ev tikiləcəyi ilə bağlı vəd verilib, ancaq hələ də mənzil tikilərək ona təhvil verilməyib. 

Saatlı Rayon İcra Hakimiyyəti Qarabağ qazisi ilə bağlı yayılan videogörüntülərə aydınlıq gətirilib. 

İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə xidməti araşdırma aparılıb və müəyyən olunub ki, Əliyev Hüseyn Siran oğlu təqdim etdiyi sənədlər əsasında 2012-ci ildə Qarabağ müharibəsi əlili kimi Saatlı rayon İcra Hakimiyyətində mənzil növbəliliyinə götürülüb:

"Və bu kateqoriyadan olan şəxslərin mənzil məsələsinə baxılması üçün onların adlı siyahısı il ərzində (mənzil növbəsində dayanan şəxslərə mənzil verilməsi və ya fərdi yaşayış evi tikilməsi Saatlı rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil) aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən rayon İcra Hakimiyyətinə daxil olmuş 24 dekabr 2020-ci il tarixli 20830055634 nömrəli məktubda Saatlı rayonunda mənzil növbəliliyinə götürülmüş 19 nəfər Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin, o cümlədən vətəndaş Hüseyn Əliyevin mənzil şəraitinin yaxşılaşdırılmasının nəzərdə tutulduğu bildirilmiş, həmin şəxslərə kommunikasiya xətlərinə yaxın torpaq sahəsinin ayrılması və bu barədə məlumatların Agentliyə təqdim edilməsi xahiş olunmuş və məktubun icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə H.Əliyevin həyətyanı sahəsinə sadəcə baxış keçirilmiş, 25 yanvar 2021-ci il tarixli 03/184 nömrəli məktubla Agentliyə cavab məktubu ünvanlanaraq H.Əliyevin kommunikasiya xətlərinə yaxın həyətyanı torpaq sahəsinin olduğu bildirilmişdir".

RİH-i daha sonra qeyd edir: 

"Əlavə məlumat üçün nəzərinizə çatdırırıq ki. Vətəndaş Hüseyn Əliyevin evinin tikintisinin yarımçıq dayandırılması ilə bağlı rayon İcra Hakimiyyətinə və yuxarı rəhbər orqanlara etdiyi müraciətləri əsasında məsələnin araşdırılması və müvafiq köməklik göstərilməsi üçün Saatlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 12 avqust 2021-ci il tarixli 01/1726 nömrəli məktub ünvanlanmışdır".

Onu da qeyd edək ki, Hüseyn Əliyevin evinin tikintisinin yarımçıq dayandırılması ilə bağlı mübahisəli məsələ Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin icraatındadır və hazırda araşdırma aparılır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR