Dəhliz əvəzinə kommunikasiya xətti? - Avropa İttifaqı xoş niyyət ortaya qoyub, amma...

15 dekabr, 2021 17:56

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilmiş üçtərəfli görüşün yekunları ilə bağlı sosial şəbəkədəki səhifəsində bunları yazdı: “Şarl Mişel və İlham Əliyevlə üçtərəfli görüş zamanı biz Azərbaycan Prezidenti ilə dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılığı təsdiqlədik. Dəmir yolu qarşılıqlı prinsip əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan İran və Rusiya Federasiyasına dəmir yolu ilə çıxış əldə edəcək”.

Bununla Nikol Paşinyan bir daha Zəngəzur dəhlizinin yerinə kommunikasiya xəttinin açılacağını vurğulamış oldu. Paşinyan Brüsseldə vəd edib ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək. O, bildirib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuya NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdən sonra keçirilən mətbuat konfransında bu şəkildə münasibət bildirib: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.

Beləliklə, Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq. Ancaq bu narahatlıq üçün əsas olmamalıdır. Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik. Kreml İrəvanla eyni mövqedən çıxış edərək, “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipini dəstəkləyib. Bu sərhəddə yoxlama deməkdir. Zəngəzur dəhlizində yoxlama bizə əsas verir ki, eyni yoxlamanı bizə də Ermənistanla sərhədin Laçın hissəsisində həyata keçirək.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsselin Ermənistan və Azərbaycana texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində kömək edəcəyini bildirib. Şarl Mişel qeyd edib ki, sərhədlərin demarkasiyası və delimitasiyasına dəstək üçün ekspertlər (məsləhətçilər qrupu) təqdim edəcək. Yaxşı təklifdir, sadəcə gərək sərhədləri müəyyənləşdirən komissiya yaransın ki, bundan sonra maraqlı tərəflərin iştirakı təmin olunsun. Sərhəd məsələsində Ermənistandan səs çıxmır.

Şarl Mişelin üçtərəfli görüşün yekunuyla bağlı yaydığı bəyanatda belə bir cümlə var: “Hər iki liderə Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib”.

Bu abzasda “Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıdığını ehtiva edən sülh sazişinə ehtiyac var” cümləsinə ehtiyac var idi. Ancaq hər halda Avropa İttifaqı xoş niyyətini ortaya qoyub və Azərbaycanla Ermənistana sülh əldə etməkdə yardım əlini uzadır.

Beləliklə, görüşlər və müzakirələr davam edir. Ancaq müharibədən keçən bir ildə nə tərəflər arasında sülh sazişi imzalanıb, nə kommunikasiya məsələsində irəliləyiş var, nə də sərhədin müəyyənləşməsi məqsədilə ortaq komissiya yaranıb...

“Atlas” Araşdırmalar Mərkəzi

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR