Medianın "ihuda"ları - İnkarçı ekspertlər yeni rolda...  

17 dekabr, 2021 15:19

Media cameəsində qəribə bir “tilsim” var, kütlənin təzim elədiyi ocaqlar, pirlər qədər əziz və müəddəs “tilsim...”. Qıra da bilmirik, ya qırmaq istəmirik. Onlar Hafiz Hacıyev qədər məharətsiz, Əli Kərimli qədər “cəsarətli”, Əli İnsanov qədər “sülhpərvər” də deyillər, rollarını yaxşı oynaya bilmirlər. Bilmirik, hökumətə işləyirlər, müxalifətçidirlər, yoxsa xalqı müdafiə edirlər. Amma ağıllı adamlar bilir ki, media cameəsinin ən romantik və təcrübəsiz təbəqəsi üçün İhudaya çevrilən belələrinin işlədiyi bir məqam var: andıra qalmış kütlənin qanı savadsız damarı, şəxsi qütbləri və ömür boyu boş qalmayan cibləri... Mehman Əliyev, Arif Əliyev və Qulu Məhərrəmli cütlüyü media cameəsində çox az adam üçün Allah və peyğəmbər deyil. Savadsız və cahil adamlar heç Allaha bu qədər təzim etməmişdilər. Cəhənnəmə etsinlər, amma yunan çobanları kimi yaşayanlar türk əsgəri kimi nə yaşaya bilər, nə də ölə... Amma unutmayın, rus “KQB”-sinin casuslarını, SOROS-un uşaqlarını ölkəmizə müstəqil ekspert, ziyalı kimi dürtüşdürənlərə də gec-tez lənət oxunacaq. Mətləbə gələk...

“Media haqqında” qanun layihəsi ortaya çıxan kimi bizim medianın qeyri-rəsmi “ekspertlər şurası”nın “ştatlı” üzvləri - Q.Məhərrəmli, A.Əliyev, M.Əliyev hərəkətə keçdilər, sağdan da döşəyirlər, soldan da. Olsun, tənqid də lazımdır, amma baxır o tənqidi kim edir, nə üçün edir, nəyə görə edir.

Mən aylar öncə demişdim ki, mediada aparılan islahatlar təkcə məmurların işdən çıxarılması, həbsi ilə məhdudlaşmamalıdır, illərdir medianın ən ləl-cəvahirli yerlərində bardaş qurub özlərinə təm-təraq düzəldən baş redaktorlara da  və Qərbin “inkarçı elçiləri”nə, “ekspert”lərinə də “əl gəzdirmə”k lazımdır. Döymək yox ha, onları birsifətli olmağa çağırmaq lazım idi. Yeni nəsil yaratmaq lazım idi və hələ də gec deyil. Hələ də 50-60-cı illərdə doğulanların əsirinə çevrilmişik,  müasir Azərbaycanın nazik və körpə boğazına keçirilmiş edam kəndiri kimi bu adamların ayağımıza badalaq vurmasınımı gözləyirik!?

Günlərdir bu adamların “Media haqqında” yeni qanun layihəsi ilə bağlı fikirlərini izləyirəm. Nə qədər edirəmsə, bir nəticə hasil olmur ki olmur. Nə istəyirlər, nə təklif edirlər, o da bilinmir. Qanunun razılaşmadıqları konkret maddələrini də götürüb tənqid edə, ortaya ciddi arqument qoya bilmirlər. Ümumi sözlər, klassik və neofaşist tənqid özlərinə də bəhrə vermir ki vermir. Di gəl, hərə əlinə bir züy tutub bu adamlardan rəy alır, fikir öyrənir. Şüurlu və yaxud şürusuz. Zatən bizim mediada insan ayağı ilə işə gəlib quş düşüncəsi ilə işləyən yüzlərlə həmkarımız var.

Sonra gec olacaq, amma anlamalıyıq, Azərbaycan xalqına “ziyalı” kimi soxuşdurulan, gözümüzə dürtülən bu adamların ucbatından mətbuatda yeni simalar boy atmır, böyümür. Eksperliyi də, ziyalılığı da monopoliyaya alan bu adamların bu qədər ciddi qəbul edilməsinin başqa nə səbəbi ola bilər ki... Bu ölkədə Bəxtiyar Vahabzadəni söyürsən, M.Ə.Sabirin heykəlinə təpik atırsan, Mirzə Cəlilin ruhunu sillələyirsən, insanlar səni alqışlayır, di gəl Q.Məhərrəmlini tənqid edəndə deyirlər ki, “SUSSSS”. B.Vahabzadənin bircə misrası qədər mənəvi və maddi çəkisi olmayan “Gülənçi” adama olan sevginin mənbəyi nədir, əcəba...

Çıxarın medianı bu “ziyalı”ların monopoliyasından, məhv oldu, çürüdü gənc nəsil. Ağlımız kəsəndən bəri yalnız atasına görə inkişaf edənlər, ad-san, pul, şan-şəhrət sahibi olanların “parıltılı” fikirlərini eşidirik.

“Turan” İnformasiya Agentliyi hər gün oxuduğun resursdur. M.Əliyev reklam davası edir. Turan.az saytında gün ərzində 15 yazı dərc edilir, bunun da 6-7-si reklamdır. Ölkənin bütün bankları bu adamla müqavilə bağlayıb, hamısının press-relizlərini dərc edir. Allahınız olsun da, “Turan”-ı oxuyan varmı? Sadəcə M.Əliyevin özünə görə bu agentliyi ziyarət edənlərdən başqa kim var axı... Reklam da olsun, biz demirik ki, fransız cəlladları kimi inəyin öncə quyruğunu kəsək, amma bu da olmur. Tutaq ki, mediaya tam sərbəstlik verildi və kim hardan istəyirsə, reklam alsın. Şəxsən mən şirkət, bank rəhbəri olsam, “Turan” İnformasiya Agentliyinə bircə qəpiklik reklam vermərəm. Çünki oxucusu yoxdur, material yoxdur. Ancaq və ancaq bankaların press-relizlərindən ibarət olan “Turan”-ın hər hansı ciddi saytla rəqabət gücü varmı? Vallah yoxdur, sabah reklamı da başqa saytlara vərəcəklər. Məsələn, bu gün günorta saatlarına qədər “Turan”da 13 yazı dərc olunub, onun 2-si “Bank Respublika”nın, 1-i AGBANK”ın, 1-i də “Finkapital” BOKT-nın press-relizləridir. Əcəb oyundur...   

Amma dərdləri başqadır: “Azadlıq” adı altında Azərbaycan mediasını xaosa sürükləmək, dövlətin media üzərindəki funksiyalarını iflic etmək və xaricdən gələn və mənbəyi bilinməyən qrantlarla burada onlarla, yüzlərlə reusrslar yaratmaq. Bir müddət əvvəl yazmışdım ki, Azərbaycanda dövlətin media üzərində nəzarəti olmalıdır və bunun detallı səbəblərini də şərh etmişdim. Biz işğaldan əziyyət çəkən, böyük maraqların toqquşduğu ölkəyik. Hər qrantı ölkəyə gətirə, hər layihəni icra edə, hər adama azadlıq verə bilmərik. Amma bizim “Azadlıq” dediyim nəsnə ilə bu “ekspert”lərin “azadlıq” dediyi şey də tamam fərqlidir. Bu adamların dediyindən belə çıxır ki, ölkədə nə qədər sayt, qəzet, jurnalist var, hamısının başını buraxırsan və hərə özü üçün yaşayıb fəaliyyət göstərir. Nəticəni təsəvvür edə bilirsinizmi!?

Ölkədə istənilən sahə üzrə qəbul edilən qnaun layihəsi ölkənin, xalqın, coğrafiyamızın, strateji maraqlarımızın mahiyyətnə uyğunlaşdırılmalıdır. O ki qaldı media azadlığına, elə bu adamların danışdıqları, tənqidləri, müxalifətin ittihamları ölkədəki azad sözün göstəricisi deyilmi!? Media haqqında qanun mahiyyəti dəyişməyib, yenə də kim istəyirsə, gedib media orqanı aça bilər. Amma görünən budur ki, bu jurnalsitikada “reket”liyin bitməsi, jurnalistlərin fəaliyyətinin stimullaşdırılması və dövlətin media üzərində hər hansı şəkildə mövcudluğu bu adamlara sərf eləmir. Amma yox, təkcə bu da deyil. Adını çəkdiyim bu “ziyalı”lar sadəcə özlərindən başqa kimsəni jurnalist tanımırlar, işğal ediblər mətbuatı... Ümumi büdcə formalaşdırıb oturublar ofislərində, bahalı maşınlarında. Özləri yazıb özləri də oxuyurlar. Arada gənclərin də kitabını oxuyun. Efirlərdə verilişlər sizdə, ofislər sizdə, aylıq böyük maliyyləşmə siz də...

Cənab “ziyalı”lar, doyanda xəbər edin, xahiş edirəm...

Samir Feyruzov

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi