"Uşaq pulu verilməlidir, işi təşkil etmək üçün isə ..." - Deputatdan nazirə sərt cavab

19 dekabr, 2021 00:02

Əmək və əhalinin sosial müdafisi naziri Sahil Babayevin uşaq pulunun verilməmə səbəbi barədə fikirləri ilə tanış olanda çox üzüldüm. O, üç səbəb göstərir. Birinci səbəb kimi qeyd edir ki, çox vəsait tələb olunur, təqribən 3.3 milyard manat. İkinci səbəb kimi 2045-ci ilə qədər demoqrafik vəziyyətin stabil qalacağının proqnozlaşdırıldığını deyir. Üçüncü səbəb kimi isə meyarların müəyyənləşdirilməsinin çətin olduğunu və uşaq pulu verilərkən neqtiv halların, korrupsiya əməllərinin ola biləcəyini vurğulayır.

"Azsiyaset" xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında deyib.

"O, fərqində deyil ki, "uşaq pulu" müavinəti demoqrafik vəziyyətə görə yox, bütün sivil ölkələrdə uşaqların normal qidalanması, isti geyinməsi, minimal səviyyədə "ləyaqətli həyat standartları" ilə təmin olunması üçün verilir. Mən parlament müzakirələri zamanı da söyləmişdim ki, əgər maliyyə imkanı yoxdursa, uşaqlara nazirin dediyi kimi 18 yaşına qədər müavinət verilsin, onda yaş həddini 10-a endirmək olar, yəni ibtidai sinfi bitirənə qədər aztəminatlı ailələrə uşaq pulu vermək olar. Həm də vacib deyil 100 manat məbləğində verilsin. Bu rəqəm iki dəfə azaldıla bilər və ümumi məbləğ bir milyard manatdan da az olar. Amma bununla çoxuşaqlı və aztəminatlı ailələrə böyük yardım etmiş olarıq.

Onun uşaq pulu üçün meyarların müəyyən olunmasının çətinliyi və bunun korrupsiyaya yol açacağı barədə dedikləri isə o dərəcədə qeyri - ciddi yanaşmadır ki, adam münasibət bildirməyə sadəcə söz də tapa bilmir. Həyatımızın bir çox sahələrində çətin və mürəkkəb məsələlər qarşımızda dayanır, onun məntiqi ilə biz bunu çözməməliyik ki, korrupsiyaya yol aça bilər. Korrupsiyanın qarşısını almaq üçün işləməmək, çətin problemlərin həlli ilə məşğul olmamaq artıq yeni yanaşmadır. Korrupsiyaya qarşı mübarizədə ölkəmizdə tətbiq olunan "yenilik" kimi dünya birliyi tərəfindən öyrəniləcək".

Deputat vurğulayıb ki, uşaq pulu əvəzinə minimum əmək haqqının artırılması ilə sosial rifahın yüksəldilməsi barədə nazirin dedikləri də sağlam tənqidə davam gətirmir:

"Orta aylıq əmək haqqı artdıqda və inflyasiya aşağı olduqda, hamı işlə təmin olunduqda, pensiyalar orta əmək haqqına yaxınlaşdıqda, ailələr gəlirlərinin 30%-dən azını ərzaq almağa sərf etdikdə sosial rifahın yüksəlməsindən söhbət gedə bilər. İndiki halda uşaqların sağlam böyüməsi və genefondumuz qorunması üçün "uşaq pulu" müavinətinin verilməsinə böyük ehtiyac var. "Uşaq pulu" fərdi müraciətlər əsasında ailənin maddi vəziyyəti nəzərə alınmaqla verilməlidir. Yeri gəlmişkən deyim ki, nazirdən fərqli olaraq düşünürəm ki, meyarları müəyyən edib bu işi təşkil etmək çox sadədir. Yalnız təcrübəli, oturuşmuş, bacarıqlı və xalqını sevən bir şəxsə bu iş həvalə olunmalıdır".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR