Özü də rəisdir, oğlu da... - Rütbəsi artırılan generallar kimlərdir?

23 dekabr, 2021 10:52

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyin iki generalının rütbəsi artılıb, üç polkovnikə isə general-mayor rütbəsi verilib.

"Azsiyaset" qafqazinfo.az-a istinadla bu məqamda rütbələri artırılan FHN-in yüksək vəzifəli zabitləri ilə bağlı məlumatları təqdim edir.

Ötən gün rütbəsi artırılan iki general-leytenantdan biri olan İlham Əyyub oğlu Abdullayev əvvəllər FHN-in Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Elə general-mayor rübəsini də bu vəzifədə ikən alıb. Bu, 2006-cı ilin dekabrında baş verib. O, hazırda FHN-in Mülki Müdafiə Qoşunlarının komandanıdır.

Rütbəsi artırılan digər general Şahmar Ənvər oğlu Paşayev isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. O, FHN-ə  2015-ci ildə Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi kimi gəlib. Ş.Paşayev FHN-ə gəlməmişdən öncə isə polis kimi fəaliyyət göstərib. 

Şahmar Paşayev vaxtilə DİN-də məşhur simalardan biri olub. Şamaxının polis rəisi ikən istefa verən Paşayev,  Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində də çalışıb. Oğlu Turab Paşayev hazırda Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisidir.

General-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavinidir. 1982-ci ildə Şəmkirdə anadan olub.

Polkovnik rütbəsindən general-mayora yüksələn Əşrəf Məmməd oğlu Qasımov isə qurumun Aviasiya dəstəsinin rəisidir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzin rəisi Adil Ələsgər oğlu Abdullayev də polkovnikdən general-mayor rütbəsinə yüksəlib. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb.  Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR