Gömrük Komitəsi sanki Azərbaycandan kənara pul və beyin axını təşkil edir - Cənab Mehdiyev, məqsədiniz nədir?

23 dekabr, 2021 13:26

Azərbaycan bütün sahələrdə inqilabi və tarixi dəyişikliklərə nail olub və bir neçə ildir xüsusi həssaslıqla həyata keçirilən islahatlar prosesi ölkənin iqtisadi-sosial həyatının yüksələn xətt üzrə inkişafını təmin edib.

Ancaq təəssüflər olsun ki, bu inkişaf və tərəqqini bütün sahələrə aid etmək doğru olmazdı. Məsələn, bu illər ərzində Dövlət Gömrük Komitəsində hər hansı ciddi dəyişikliyin şahidi oluruqmu? Xeyr! Bu qurum islahatlar prosesini tormozlamaqla məşğuldur. Gömrük Komitəsi yeganə dövlət qurumudur ki, burada normal vətəndaş-dövlət münasibətləri qurulmayıb. Köhnə bürokratik təfəkkürdən xilas olmaq zamanı çoxdan çatıb, cənab Mehdiyev! Bunu işçilərinizə də başa salın. 20, 10 il əvvəl də Gömrük Komitəsinin vəzifəli şəxsləri iş adamlarını çarmıxa çəkirdilər, bu gün də çəkirlər. Dəyişən nəsə varmı? Yoxdur!

Ən dəhşətlisi odur ki, Gömrük Komitəsi sanki Azərbaycandan kənara pul və beyin axını təşkil edir.

İncidilən, bürokratik əngəllərdən əziyyət çəkən, Komitənin “papanın gül balası” olan, ağzından süd iyi gələn gənc və rütbəli əməkdaşlarının zülmündən xilas olmaq üçün nə qədər iş adamı bu ölkəni tərk edib?

Nə qədər iş adamı öz biznesini, əmlakını sataraq bu ölkədən baş götürüb qaçıb? Azərbaycan üçün xarüqələr yaratmağa qadir olan bu beyinli insanların xaricə qaçıb getməsinin Azərbaycana xeyiri varmı? Təbii ki, yoxdur. O zaman Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bilirmi ki, əməkdaşları həm də sırf və dolayısı ilə bu işlə məşğuldurlar. Malını, pulu və haqqını əlindən alırsan o da qaçıb xarici ölkələrə gedir, ölkəmizdən böyük məbləğdə pul kütləsi çıxır. Sahibkarı dövlətdən narazı salmaq, küsdürmək dövlətə xəyanətdir.

Ölkə Prezidenti İlham Əliyevin sahibkarla bağlı xeyli sayda fikirləri var. Prezident onlara dəstək nümayiş etdirir, bəs siz nə edirsiniz? Bir də baxırıq ki, bir qrup sahibkar Gömrük Komitəsinin qarşısında aksiya keçirir başqa bir qrup abrına qısılıb sakit durur, başına qapaz vurub pulunu alırlar, başqa bir qrup isə qanunları əlində şah tutaraq mübarizə aparır, Dövlət başçısından xahiş edir ki, onu gömrükçülər incitməsinlər.

Mən iqtisadçı deyiləm, rəqəmlərdən, qrafiklərdən də xoşum gəlmir. Bu, sənin işindir və ona riayət eləmək gömrük əməkdaşlarının da, sahibkarların da borcudur. Çünki qanun dövlətindir. Amma kor da deyiləm axı...

Cənab Mehdiyev, sən burda gömrükdəki şəffaflıqdan danışırsan, o tərəfdən isə onlarla, yüzlərlə sahibkar qan ağlayır, başlarına gətirilən zülümlərdən bizə danışırlar, yazırlar. Sahibkarın başında turp əkmək haqqını kim verib sizə?

Cənab Mehdiyev, mən başa düşürəm, sizin rəhbərlik etdiyiniz komitənin sanki məntiqi itib. Çünki bu ilin əvvəlində də məntiqsiz təkliflə çıxış edərək Şuşada Qarabağ regional mərkəzinin yaradılması ilə bağlı Prezidentə təklif vermişdiniz. Və aşağıdakı videoda Prezident həm də sizin bu məntiqsiz hərəkətinizi tənqid edərək “Gedin oturun yerinizdə!” deyir:

Xeyli sayda sahibkar var ki, üz tutmaq üçün qapı axtarır. Gömrük Komitəsinə ünvanlanan məktublara da saymazyana, çox hörmətsiz şəkildə və sahibkarları məqsədli şəkildə gözdən salan cavablar verilir. Başa düşürük, gömrük əməkdaşları sözləşiblər və bir-birilərini "başqası"nın ayağına vermirlər. Bəs qanun, bəs milli təəssübkeşlik, bəs ədalət!?

Məsələn, iş adamı Ramil Aslanov adlı bir iş adamı var, mətbuatda şikayətləri dərc olunur. “Lione Centre” MMC-nin direktorudur. İndi sual edirəm, aylardır insanlar bu adamın haqlı şikayətərini oxuyur, aylardır Ölkə rəhbərliyinə məktublar yazır. Niyə narahat olmursunuz? Əminsiniz ki, bir gün o məktublardan biri Ölkə rəhbərliyinin əlinə keçməyəcək? Bu adamı dəvət edib görüşmək, dinləmək, problemini kökündən həll etmək, yaxud baş verən anlaşılmazlıqları aradan qaldırmaq sizin üçün belə çətindir, cənab Mehdiyev!?

İş adamının şikayətinin detallarını yenidən bura yazmaq mənə düşməz, yəqin ki özünüz oxumusunuz, xəbərdarsınız. İstəsəm belə, onun özü kimi şikayətini sizə çatdıra bilmərəm. Amma mənim rəhbərlik etdiyim saytda da R.Aslanovun şikayət məktubu olduğu kimi dərc edilib. Bəlkə o məktubları qərəzsiz, aydın başla bir də oxuyasınız. Qanuna, haqqa gəlmək “sınmaq” demək deyil, adamın problemlərini həll edin, onu incidən məmurlara tapşırıqlarınızı verin. Eləcə də digər haqqı tapdalanan sahibkarlarla bağlı.

Vaxtilə Vüsal Novruzovun ağır “press”ləri altında əzilən sahibkarları indi də Bakı Şəhər Baş Gömrük idarəsinin rəisi Kənan Məmmədov əzir, tapdalayır.

Yaxud bu dövlətə ildə yüz minlərlə, milyonlarla pul ödəyən, büdcəmizə pul daşıyan sahibkarları Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşləşdirməsi idarəsinin rəisi Pərviz Kəngərli adlı məmurun məngənəsində niyə boğursunuz? Qanunlardan qorxmursunuz, Allahdan qorxun da!

Pərviz Kəngərli fotolarda...

Cəna Mehdiyev, bir həqiqəti anlamlısınız ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edilib, indi Qarabağın sürətlə bərpası prosesi həyata keçirilir. Sabah Qarabağda obyektlər, biznes strukturları, təsərrüfat qurmaq lazım olacaq. Bütün bu proseslərə kimləri cəlb edəcəklər? Təbii ki iş adamlarını... Məhz onlar aparıb Qarabağa sərmayə qoyacaqlar, əhalinin yaşayışı təmin ediləcək, iş yerləri açılacaq. O zaman bu adamları incitməyə, küsdürməyə, onların haqqını yeməyə dəyərmi!?

Onu da anlamaq lazımdır ki, sahibkarın biznesi batsa, onlarla yüzlərlə ailə də işsiz, çörəksiz qalır. Məqsədiniz budurmu, cənab Mehdiyev? İşsizliyin artması, sosial problemlərin qabarması sizə sərf edir? Etmirsə, o zaman zəhmət çəkin, sahibkarları dinləyin, problemlərini həll edin. Çünki və belə getsə, bir gün Prezident sərt üzünü Gömrük Komitəsinə tərəf də çevirməli olacaq. O zaman çox kəllələr gedəcək.

Sayğılarla...

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR