"Rektorun qəbuluna düşə bilmirdim" - BDU-da müşaviri bıçaqlayan fəhlə

23 dekabr, 2021 18:14

Bakı Dövlət Universitetinin (BDU) rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevi və komendant Şahlar Bəgalıyevi bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İ.Mirzəyev ifadə verərək özünü təqsirli bildiyini deyib.

O bildirib ki, 11 il BDU-da sexdə işləyib: "Universitetdə rəhbərlik dəyişəndən sonra maaşımı 600 manatdan 400 manata saldılar. Etiraz edəndə mənə dedilər ki, səni başqa işə keçirəcəklər, maaşın bərpa olunacaq. Bir müddət keçdi, lakin heç bir dəyişiklik olmadı. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşım azalmışdı. Yeni rektor məni üzdən tanıyırdı, amma onun qəbuluna düşə bilmədim. Rektorun müşaviri Mirzə müəllim isə dedi ki, xəbər edəcəyik. Hadisə günü öyrəndim ki, məni işdən çıxarıblar. Dəliyə döndüm, rektor yenə məni qəbul etmədi. Mirzə müəllimin yanına gedəndə mənə məsələni araşdıracağını dedi. Sexdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Sonuncu dəfə Mirzə müəllimlə görüşmək üçün yanına getdim. Bir anlıq özümü itirib bıçağı sənədlərin arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, onu da bıçaqla vurdum, əməlimdən peşmanam".

Rektorun müşaviri Mirzə Mirzəyev ifadəsində bildirib ki, iki ilə yaxındır universitetdə işləyir: “İsmixanı üzdən tanıyırdım, bir dəfə mənə yaxınlaşıb maliyyə problemləri olduğunu dedi. Bildirdi ki, keçmiş rəhbərliklə bağlı məhkəməyə müraciət edəcək. Mən də bunu rektora məruzə edəcəyimi dedim. Sonra yenidən yanıma gəlib maaşının azaldıldığını dedi.

Araşdırdım ki, rəhbərlik dəyişən ərəfədə onu başqa ştata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi də yazıb. Oğlu ilə yaxşı münasibətim var, bizdə təminat şöbəsində çalışırdı. Bir müddət sonra dedi ki, fəhlə işləmək istəmir. Dedi ki, fəhlə kimi qalsa öz avadanlıqlarını götürüb gedəcək. Hadisə günü yanıma gəldi, əlində sənədlər var idi. Dedi ki, aşağıdan deyiblər işdən çıxmalısan. Mənə yaxınlaşdı və durduq yerə bıçaqla vurdu. Heç gözləmirdim, sonra Şahlar içəri girdi, onu da vurdu. İndiyə qədər təəccüblü gəlir ki, məni niyə bıçaqladı. Ondan şikayətim yoxdur”.

Digər zərərçəkən Ş.Bəgalıyev də şikayətçi olmadığını deyib.

Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI